MUĞLA VİLAYƏTİ ƏRAZİSİNDƏKİ ZƏLZƏLƏLƏR ƏHALİDƏ NARAHATLQ YARATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin Muğla vilayəti ərazisində iyul ayının əvvəlində başlayan və avqust ayında da davam edən zəlzələlər burada yaşayan əhalinin və bu səfalı istirahət bölgəsinə gələn turistlərin narahatlığına səbəb olmuşdur. İstanbuldakı Kandilli seysmoloji mərkəzin məlumatına görə, avqustun 6-na qədər bu bölgədə 1000-ə yaxın yeraltı təkan qeydə alınmışdır. Zəlzələlərin gücü Rixter cədvəlinə görə 3,5 və 5,4 balldır. Zəlzələlərin episentri Ege dənizindədir. Tələfat və dağıntı yoxdur. Seysmoloqların fikrinə görə, Gökova körfəzindəki bu yeraltı təkanlarda heç bir qeyri-təbiilik müşahidə olunmur. Bu bölgədə seysmik fəallıq hər zaman baş verir. Mütəxəssislər yeraltı təkanların gücünün getdikcə zəifləyəcəyini təxmin edirlər.