MUĞLA VİLAYƏTİ ƏRAZİSİNDƏKİ ZƏLZƏLƏLƏR ƏHALİDƏ NARAHATLQ YARATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin Muğla vilayəti ərazisində iyul ayının əvvəlində başlayan və avqust ayında da davam edən zəlzələlər burada yaşayan əhalinin və bu səfalı istirahət bölgəsinə gələn turistlərin narahatlığına səbəb olmuşdur. İstanbuldakı Kandilli seysmoloji mərkəzin məlumatına görə, avqustun 6-na qədər bu bölgədə 1000-ə yaxın yeraltı təkan qeydə alınmışdır. Mərkəzi Egey dənizində olan zəlzələlərin gücü Rixter cədvəli üzrə 3,5 və 5,4 balldır.
Tələfat və dağıntı yoxdur. Seysmoloqların fikrinə görə, bu bölgədə seysmik fəallıq hər zaman baş verir. Mütəxəssislər yeraltı təkanların gücünün getdikcə zəifləyəcəyini bildirirlər.