Musa Qasımlı: Bu gözəl missiya millətimizin başını daim uca eləyir
Bakı, 11 fevral, AZƏRTAC
Türkiyədə dəhşətli fəlakət nəticəsində yaranmış böyük faciənin nəticələrinin aradan qaldırılması üçün ilk yardım əlini uzadan Azərbaycan oldu.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. Bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə qardaş Türkiyəyə yardım kampaniyası başladıldı: “Xalqımız böyük coşqu ilə qardaşlarına yardıma tələsirlər. Paytaxt Bakı şəhərində iki yerdə - Heydər Əliyev adına İdman-Konsert Kompleksində və Bakı İdman Sarayında yardımlar toplanır. Heydər Əliyev Fondunun xətti ilə toplanan yardımlar qardaş ölkəyə göndərilir. Bu gün Mehriban Əliyeva bütün dünyada mərhəmət, humanistlik, xeyriyyəçilik rəmzi kimi tanınır.
Qardaş Türkiyədə bundan əvvəl baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında, insanlara yardım çatdırılmasında da Heydər Əliyev Fondu geniş fəaliyyət göstərib. Pakistanda olan zəlzələnin nəticələrinin aradan qaldırılmasında da Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bir örnək oldu. Hesab eləyirəm ki, bu gözəl missiya millətimizin başını daim uca eləyir və dünyada rəğbətlə qarşılanır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:24]
Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
- 09.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [11:39]
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:31]
Dərmanların təhlükəsizliyi necə qorunur?
- 09.06.2026 [11:27]