MÜSABİQƏNİN QALİBİ PARİSƏ GƏZİNTİ İLƏMÜKAFATLANDIRILMIŞDIR
“Qəmli Fransa” əsəri ilə müsabiqənin qalibi olmuş Maştağadakı 1 nömrəli internat məktəbinin 11-ci sinif şagirdi Veysəl Vəliyev “Parfum de Franse”in maliyyə dəstəyi ilə oktyabrın 24-28-də Parisdə olmuşdur.
Qalibi Parisdə müşayiət etmiş komitənin əməkdaşı Sənubər Əlizadə bildirmişdir ki, Fransa səfirliyinin təşəbbüsü ilə may ayında həyata keçirilməyə başlanmış müsabiqə ilə əlaqədar komitənin və “Parfum de Franse”in əməkdaşları ümumtəhsil məktəblərində olmuşlar.
Fransa səfirinin iştirakı ilə münsiflər heyəti ilk turda 80 uşağın rəsm işini nəzərdən keçirmişdir. Onlardan 14-ü bəyənilmiş və ikinci tura buraxılmışdır. Veysəl Vəliyevin Eyfel qülləsinin fonunda gənc qızı özünəməxsus şəkildə təsvir etməsi ciddi maraq doğurmuş və müsabiqənin qalibi olmuşdur. Fransa Mədəniyyət Mərkəzinin sərgi salonunda nümayiş etdirilmiş bu rəsm əsərlərindən bir neçəsi satılmış və onlardan əldə olunmuş vəsait daha çox ehtiyacı olan 4 uşaq evi arasında bölüşdürülmüşdür.