Müşavir: Ötən il transplantasiya sahəsində dərmanların alınması üçün 763 min manatlıq müqavilə bağlanıb
Bakı, 23 sentyabr, AZƏRTAC
“2023-cü ilin avqust ayından etibarən sümük iliyinin transplantasiyası dəyəri ən yüksək olan xidmət kimi 20 sayda limitlə xidmətlər zərfinə əlavə olunub. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə çalışan müalicə müəssisələrinin artırılması, kadr potensialının və maddi-texniki bazanın gücləndirilməsi sahəsində bu say çoxaldılacaq”.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova sümük iliyi transplantasiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda deyib.
N.Veysova qeyd edib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2023-cü ildə transplantasiya sahəsində dərman vasitələrinin alınması üçün 763 min manat dəyərində müqavilə bağlanıb.
“Burada allogen transplantasiyasına 70 min manat, autogen transplantasiyasına 31 min manat sərf olunub. İcbari tibbi sığorta ilə 2023-cü sentyabrından bu günə kimi 6 cərrahi əməliyyat keçirilib. Bunların 3-ü allogen, 3-ü isə autogen xəstələr olub. Bu məqsədlə 259 min manat vəsait Milli Hematologiya və Transfuziologiya mərkəzinə köçürülüb”, - deyə N. Veysova qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:04]
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb
- 12.10.2026 [20:22]
Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır
- 12.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.10.2026 [19:03]
ETSN-in əməkdaşları qan veriblər
- 12.10.2026 [18:50]
Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb
- 12.10.2026 [18:33]
Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq
- 12.10.2026 [18:14]