MUSİQİ ALƏTLƏRİNİN ATLASI HAZIRLANIR
Müəllif AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, atlasda 12 türk xalqının 60-a yaxın musiqi aləti haqqında məlumat veriləcəkdir. Azərbaycan, rus və ingilis dillərində çap ediləcək atlasda alətlərin rəngli fotoşəklindən başqa, onların hər birinin yaranma tarixi, ifa tərzi, elektron versiyası, səsləndirilməsi, hazırda necə istifadə edildiyi barədə ətraflı məlumat da olacaqdır.
Müəllifin ötən il çap olunmuş “Azərbaycan musiqi alətləri” kitabındakı materiallar xüsusi bölmə kimi atlasa daxil ediləcəkdir.
Atlası çapa “Yeni nəsil” nəşrlər evi hazırlayır, o, Türkiyədəki “Meqa” mətbəəsində işıq üzü görəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]