Musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar
Bakı, 13 iyul, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin violin sinfinin şagirdləri Rostov-Don şəhərində onlayn keçirilən “Art-Performance” Beynəlxalq incəsənət müsabiqəsində uğurla iştirak ediblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, münsiflər heyətinin yekun qərarına əsasən məktəbin "Fantaziya" skripkaçılar ansamblı müsabiqənin "Qran-Pri" mükafatına, Səid Məmmədov və Aylin Məmmədli isə I yerə layiq görülüb.
Müsabiqə təşkilatçıları eyni zamanda "Fantaziya" skripkaçılar ansamblının bədii rəhbəri və məktəbin violin ixtisası üzrə müəllimi Mahirə Tabıyevanı, konsertmeysterlər müəllim Emil Həşimov və müəllim Şəlalə Əhmədovanı diplom ilə mükafatlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]