Musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar
Bakı, 28 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Almaniyada onlayn keçirilən I International Art Competition Stars of Arts beynəlxalq müsabiqəsində iştirak ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə məktəbin gənc istedadları fortepiano ixtisası üzrə V sinif şagirdi Duyğu Fərruxzadə, VIII sinif şagirdi Nərgiz Rəsulova I dərəcəli diplomla, VII sinif şagirdi Əsmər Hidayətli müşayiət nominasiyasında II dərəcəli diploma layiq görülüblər.