Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müstəqillik illərində dövlət ailə, qadın və uşaq siyasəti

Müstəqillik illərində dövlət ailə, qadın və uşaq siyasəti

Bakı, 18 oktyabr, AZƏRTAC

Bu il 18 oktyabr - dövlət müstəqilliyinin bərpasının 30 ili tamam olur. Otuz il tarix üçün çox qısa bir müddətdir. Keçən müddət ərzində ölkənin inkişaf tarixinə nəzər salsaq, əldə edilən uğurlara heç də asan nail olunmadığının şahidi olarıq. Azərbaycan dövlət müstəqilliyini çox mürəkkəb bir şəraitdə qazanıb. Ölkədə təcrübəsiz adamların hakimiyyətə gəlməsi tezliklə xaos və özbaşınalığa gətirib çıxardı. Digər tərəfdən də, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal olunmuş və bu işğalın nəticəsində insanlar öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Bütün sahələrdə - iqtisadiyyatda, siyasətdə, beynəlxalq münasibətlərdə, ictimai və sosial həyatda böhranlı vəziyyət yaranmışdı. Ümumiyyətlə, Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək üzrə idi. Məhz belə bir anda - 1993-cü ildə, çətin və mürəkkəb ictimai-siyasi vəziyyətin ağır olduğu bir zamanda Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovanın “Müstəqillik illərində dövlət ailə, qadın və uşaq siyasəti” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin deyilir: “Ulu öndər Heydər Əliyev edilən təzyiqlərə baxmayaraq, yorulmadan, təmkinlə Ermənistan tərəfindən ərazilərimizin işğal olunduğunu, vətəndaşlarımızın soyqırımına məruz qaldığını sübut edir, beynəlxalq aləmin bu həqiqəti qəbul etməsi üçün mübarizə aparırdı. O, ölkəni böhranlı vəziyyətdən xilas etdi, vətəndaş müharibəsini dayandırdı, ölkənin iqtisadi inkişafının süqutunun qarşısını ala bildi. Ümummilli Lider Azərbaycan əhalisinin maraqlarının qorunmasını xüsusi diqqətdə saxlayırdı. “Əsrin müqaviləsi” də daxil olmaqla, bir sıra vacib müqavilələrin imzalanması ölkənin iqtisadi əhəmiyyətini artırmağa imkan verdi. Bu hələ prosesin təməl dövrü idi, Azərbaycanı daha böyük işlər, layihələr gözləyirdi. 2003-cü ildən başlayaraq ölkəmizdə yeni islahat mərhələsi başladı. Son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə özünün növbəti inkişaf dövrünə başladı. Dövlət müstəqilliyimizin ilk illərində Ulu Öndər tərəfindən əsası qoyulan siyasətin daha da gücləndirilməsi nəticəsində Azərbaycan həm özü inkişaf edib, həm də dünyada enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rola malikdir. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil aktor statusunu təsbit edən dövlətlərdən biridir. Azərbaycan elə bir inkişaf səviyyəsinə gəlib çatıb ki, əksər regional və ya beynəlxalq layihələr onun iştirakı olmadan reallaşmır. Yaranmış yeni reallıqlar isə bu statusu daha gücləndirəcək. Prezident İlham Əliyev ölkəmizi yad təsirlərdən qorumağı bacardı, dünyaya “Bakı prosesi” layihəsini təqdim etdi. O, “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə yaradıcı gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. Prezident İlham Əliyev öz fəaliyyəti ilə həm partiya sədri, həm Prezident, həm də Ali Baş Komandan kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının prezidenti olduğunu dəfələrlə sübuta yetirib. Nəhayət, 44 günlük Vətən müharibəsi nəticəsində uzunmüddətli işğala son qoyaraq ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa etdi. Hələ 2003-cü ildə ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək siyasi varisi İlham Əliyevə dəstək göstərməyə çağırış etdi. Özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi dahi şəxsiyyət əmin idi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək. Tarix bu fikirlərin nə qədər doğru olduğunu bir daha sübut etdi.

Ötən 30 il müddətində insan hüquq və azadlıqlarının müdafiəsi, xüsusilə də ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində çox mühüm işlər görülüb. Respublikamız 1995-ci ildə BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi" barədə Konvensiyasına qoşulub. Bu demokratik qərar ölkədə qadınların ictimai-siyasi, sosial-mədəni aktivliyinin, fəallığının artması üçün impuls rolunu oynayıb. Eyni zamanda, qadınların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında da, öz əksini tapmış, daha sonra mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi üçün bir sıra qanunlar qəbul olunub. Dövlət müstəqilliyi bərpa edildikdən sonra, böyük siyasi iradə tələb edən məsələlərdən biri də ölkəmizdə bu sahədə fəaliyyət göstərən xüsusi dövlət qurumunun yaradılması idi. Bunun nəticəsi olaraq, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Ölkə rəhbərinin "Azərbaycanda qadınların rolunun artırılması", “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür. Zaman keçdikcə, ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb edirdi. Bu zərurət yeni komitənin yaranmasına səbəb oldu. Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Ölkədə 10 Qadın Resurs Mərkəzi, 200-dən çox QHT fəaliyyət göstərir. Siyasi partiyalarda qadınların fəal iştirakını müşahidə edirik. Bu sahədə əsas nailiyyətlərdən biri də Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri üzrə komitənin yaradılması olub.

Ailə, Cinayət, Mülki, İnzibati Xətalar Məcəllələrinə, “İcra haqqında” Qanuna edilən dəyişikliklər, “Gender bərabərliyinin təminatları”, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı, eyni zamanda, bir çox stereotiplərin qırılmasına səbəb oldu. Ulu Öndərin dediyi kimi: “Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirib. Və bu gün müasir qadın hərəkatının yeni prioriteti qadınların kişilərlə bərabər imkanlara nail olmasıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sözləri ilə desək: “Biz bu gün bərabər hüquqlardan bərabər imkanlara siyasətini gerçəkləşdiririk”. Bu gün əhalinin 50,1 faizini təşkil edən müstəqil Azərbaycan qadınları parlament, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyə və digər sahələrdə rəhbər vəzifələrdə təmsil olunurlar. Zərif cinsin nümayəndələri sahibkarlıq fəaliyyəti ilə fəal məşğul olurlar.

Azərbaycanda hər bir ailənin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hökumət mütəmadi olaraq zəruri tədbirlər həyata keçirir. Qəbul olunmuş bir sıra dövlət proqramları və imzalanmış sərəncamlar hər bir vətəndaşımızın hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün bütün imkanlar yaradır.

Hər bir cəmiyyətin əsasını, nüvəsini ailə təşkil edir. Son statistik hesablamalara görə, hazırda ölkəmizdə iki milyondan çox ailə yaşayır. Bu ailələrin sağlamlığı, xoşbəxtliyi, rahatlığı üçün dövlət və cəmiyyət məsuliyyət daşıyır. Azərbaycan xalqı hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutub və bu milli adət-ənənəyə çevrilib. Əfsuslar olsun ki, bəzən bütün dünyada bu mənfi tendensiyaların genişləndirilməsinə səy göstərilir və bu tendensiyadan yan qaçmaq istəyən və alternativ yollar axtaran ölkələrə təzyiqlər edilir. Bu təhlükələri daha geniş və tam dərinliyi ilə görən Prezident İlham Əliyev BDU-nun 100 illik yubiley mərasimində bu məsələni xüsusi vurğulayaraq dedi: “Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözlər çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik. Ona görə Azərbaycanda yaşlı nəsil, gənc nəsil bir yerdə olmalıdır...”. Burada bir məsələni xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev müsəlman Şərqində reallaşdırılan lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəvi, mədəni və ailə dəyərləri ilə aldı.

Müstəqil dövlətimizin ali sənədinin - Konstitusiyanın müəllifi olan ulu öndər Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunub. Ailə üzvlərinin, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdir. Bu, bir həqiqətdir ki, sağlam ailə sağlam nəsil, sağlam millət deməkdir. Bu baxımdan, Ulu Öndərin imzaladığı “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunu xüsusilə qeyd etmək lazımdır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında və xüsusi tapşırığı ilə əhalinin icbari tibbi müayinədən keçirilməsi prosesi uğurla həyata keçirilir.

Hər bir dövlətin sağlam gələcəyinin təminatı həmin ölkənin uşaqlarının necə müdafiə olunmasından asılıdır. Bu müdafiənin daha möhkəm olması üçün müxtəlif beynəlxalq təşkilatlar yaradılır, qlobal səviyyəli sənədlər qəbul olunaraq imzalanır, forumlar, tədbirlər həyata keçirilir. Hazırda respublikada 2 milyon 634 mindən çox uşaq var, bu ölkə əhalisinin 4-də 1-dən bir qədər artıqdır. Uşaq hüquqlarının təmin edilməsi, onların problemlərinin həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır.

Prezident İlham Əliyev və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahəyə diqqəti uşaqlara qayğının daha da artmasına səbəb olub. 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan edilməsi uşaq siyasəti istiqamətində əlavə tədbirlərin həyata keçirilməsinə geniş imkanlar açmış, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətini daha da artırmışdır. Uşaqların hərtərəfli inkişafında, intellektual və hüquqi biliklərə yiyələnməsində Ümumrespublika Uşaq forumlarının xüsusi rolu var. Uşaqların öz hüquq və mənafeləri ilə bağlı qərarların qəbul olunmasında iştirakının təmin edilməsi ilə bağlı keçirilən (bu forumlar Komitənin, Heydər Əliyev Fondu və UNICEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə reallaşıb.

Uşaq siyasətinin reallaşmasında güclü qanunvericilik bazasının yaradılması çox vacibdir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına və bu Konvensiyanın 2 Əlavə Fakültativ protokoluna qoşulub. Keçən dövr ərzində davamlı olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi, normal formalaşması və uşaqların sağlam böyüməsinə yönəlmiş bir çox dövlət proqramları, tədbirlər planları qəbul edilib. Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi, həyata keçirilməsinin təmin edilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib.

Qeyd etmək lazımdır ki, uşaq hüquqları sahəsində qanunvericilik bazası ildən-ilə daha da gücləndirilir. Belə ki, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair”, “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə” proqramlar qəbul edilmişdir. “Diri doğulmanın beynəlxalq meyarları”nın tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qüvvəyə minib. Uşaqların sağlamlıq hüququnun təmin edilməsi sahəsində “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası ilə bağlı müvafiq tədbirlər görülüb.

Ölkənin iqtisadi inkişafı və siyasi nüfuzu onun beynəlxalq təşkilatlarla daha sıx əməkdaşlıq etməsinə gətirib çıxarmışdır. Azərbaycan dövləti aparıcı ölkələrdə keçirilən sessiyalarda, konfranslarda iştirak edərək yeni təcrübələrin öyrənilməsinə müsbət yanaşır. Bu tədbirlərdə Azərbaycan dövləti həmin təşkilatlara üzv olur, beynəlxalq sənədlərin qəbulu prosesində də fəal iştirak edir. Həmçinin Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlarla ailə, qadın və uşaq məsələləri ilə əlaqədar müxtəlif layihələr həyata keçirilib.

Ümumilikdə qeyd etmək lazımdır ki, müstəqil və qalib Azərbaycan 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisi olaraq müstəqilliyinin bərpasından keçən 30 ildə bir çox məsələləri həll etməklə gələcək nəsillər üçün yeni inkişaf yolu açdı. Bu inkişaf yolunun memarı ulu öndər Heydər Əliyev, Lideri isə Prezident, Ali Baş Komandan İlham Əliyevdir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə