Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mütəxəssis: Epilepsiyalarda genetik faktorlar əsas rol oynayır

Mütəxəssis: Epilepsiyalarda genetik faktorlar əsas rol oynayır

Bakı, 2 dekabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Kamran Salayev epilepsiya və əlamətləri, xəstəliyin yaranma səbəbləri, epileptik tutma zamanı ilkin yardım metodları ilə bağlı sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Kamran müəllim, epilepsiya və onun əlamətləri haqqında məlumat verərdiniz...

- Epilepsiya təkrarlanan epileptik tutmalarla keçən beyin xəstəliyidir. Tutmaların bəziləri bir neçə saniyəlik “fikrə getmək”dən ibarətdir, digərləri isə bütün bədənin şiddətli silkələnməsi ilə keçir. Xəstəliyin ən xarakterik təzahürü motor, duyğu və zehni funksiyaların eyni vaxtda pozulması ilə təkrarlanan qıcolmalardır. Epileptik tutmaların tezliyi ildə bir dəfədən gündə bir neçə dəfəyə qədər dəyişə bilər.

Epileptik tutmaların əlamətləri dəyişkəndir və pozuntuların beynin hansı nahiyəsində başlayıb, nə dərəcədə yayılmasına görə fərqlənir. Məsələn, oriyentasiya və ya şüurun itirilməsi, habelə hərəkət, hissiyyat (görmə, eşitmə və dad daxil olmaqla), əhval-ruhiyyə və ya digər idrak funksiyalarının pozulması kimi müvəqqəti simptomlar ola bilər.

Epileptik tutmalar müxtəlif amillər tərəfindən qıcıqlandırıla bilsə də, epilepsiya xəstəliyində epileptik tutmalar əksər hallarda ani olur.

- Epilepsiya xəstəliyi nədən yaranır?

- Epilepsiya xəstəliyinin növlərini onları törədən səbəblərə görə idiopatik epilepsiyalar və simptomatik epilepsiyalar olmaqla iki böyük qrupa bölmək olar. “İdiopatik” sözünün mənası səbəbi məlum olmayan deməkdir. Yəni, idiopatik epilepsiyası olan xəstədə epilepsiyanın səbəbi hansısa məlum olan digər xəstəlikdən (məsələn, kəllə travmasından, şişdən və ya beynin iltihabi xəstəliyindən) irəli gəlmir. Təbiidir ki, idiopatik epilepsiyalar səbəbsiz deyil, onların da səbəbləri mövcuddur. İdiopatik epilepsiyalarda genetik faktorların əsas rol oynadığı məlumdur.

Epilepsiya ilə irsiyyət arasında olan əlaqələri anlamaq üçün bir neçə vacib məsələ nəzərə alınmalıdır. İlk növbədə, irsiyyətlə bağlı proseslərin həddindən artıq mürəkkəb olduğunu yadda saxlamaq lazımdır. İdiopatik epilepsiyaların əksəriyyətinin irsən keçmə mexanizmləri bəzi başqa əlamətlərin (məsələn, qan qrupu, göz rəngi və digər) irsən keçməsi kimi sadə deyil. Yəni, xəstənin valideynlərdə epilepsiyanın olmaması epilepsiyanın səbəblərin irsiyyətində olduğunu inkar edə bilməz. Əksinə, idiopatik epilepsiyadan əziyyət çəkənlərin böyük qisminin ailələrində başqa epilepsiya xəstələri aşkar olunmur. Bundan başqa, idiopatik epilepsiyanın başlanmasında irsi amillər mühüm rol oynasa da, ətraf mühitin təsirləri də vacibdir. İdiopatik epilepsiyaların əksəriyyətində irsən keçən məhz epilepsiya xəstəliyi deyil, epilepsiya xəstəliyinin başlanmasına müəyyən meyillilikdir. Həmin bu irsi meyilliliyin üstünə ətraf mühitdən “zərbə” (travma, hipoksiya və digər) gəlirsə, epilepsiya xəstəliyi başlayır.

Simptomatik epilepsiya məlum olan digər beyin xəstəliyindən irəli gəlir. Beyni zədələyən bir çox xəstəlik simptomatik epilepsiyaya təkan verə bilər. Ümumiyyətlə, beyin zədələnməsi çox geniş anlayış olub, körpədə doğuş zamanı hipoksiyadan yaşlı insanda beyinə qansızmaya qədər, uşaqda ensefalitdən gəncdə ağır kəllə travmasına qədər müxtəlif xəstəlikləri ehtiva edir. Bütün çəkilən və onlarla çəkilməyən xəstəliklər beyin toxumasını zədələyərək epilepsiyaya səbəb ola bilər və bu şəkildə yaranan epilepsiya simptomatik epilepsiyalar qrupuna aid olacaq.

Xəstələrin bir qismində səbəbi dəqiqliklə müəyyən etmək mümkündür, digərlərdə isə epilepsiyanın genetik (irsi) təməlinin olduğunu təxmin etmək olar. Lakin qəbul etmək lazımdır ki, bəzən xəstədə bir tərəfdən simptomatik epilepsiyanın olduğunu sübut etmək üçün bəlli səbəb tapmaq qeyri-mümkün olub, o biri tərəfdən isə epileptik tutmaların təsviri isə idiopatik epilepsiyaya uyğun gəlmir. Epilepsiyanın mümkün olan səbəblərini araşdıraraq, bütün ehtimallara tənqidlə yanaşılmalıdır.

- Epilepsiyanın diaqnozu necə qoyulur?

- Elə bir cihaz müayinəsi yoxdur ki, o, bütün xəstələrdə epilepsiyanın olub-olmadığını tam dəqiqliklə göstərsin. Epilepsiya diaqnozu adətən elektroensefaloqrafiya (EEQ), kompüter tomoqrafiyası (KT) və ya maqnit rezonans tomoqrafiyası (MRT) daxil olmaqla bir sıra prosedurları əhatə edir. Bu üsullar həkimə epilepsiyanın səbəbini, həmçinin tutmaların növünü təyin etməyə imkan verir.

Epilepsiya xəstələrində ən çox istifadə olunan müayinə üsulu elektroensefaloqrafiyadır. EEQ müayinəsi epileptik aktivliyi aşkar etmək, onun formasını, tezliyini və lokalizasiyasını müəyyən etmək üçün aparılır. Epilepsiya xəstələrinin əksəriyyətində EEQ müayinəsi beyində bu xəstəliyə xas olan müəyyən dəyişiklikləri aşkar edir.

Başqa müayinələrdən maqnit-rezonans tomoqrafiyasını (MRT) qeyd etmək lazımdır. MRT müayinəsi beynin “şəklini” göstərir. MRT şəklində beynin formasındakı dəyişikliklərin aşkarlanması epilepsiya diaqnozunun qoyulmasını asanlaşdıra bilər. Məsələn, MRT-də aşkarlanan hippokampın (dəniz atı qırışının) sklerozu gicgah epilepsiyasının təsdiqi kimi qəbul oluna bilər.

Epilepsiyanın bəzi növləri tamamilə fəsadsız ötüb keçir. Digər epilepsiya növləri isə müalicəyə baxmayaraq ciddi fəsadlarla nəticələnir. Ümumiyyətlə, şiddətli fəsad törədən epilepsiyalar azlıq təşkil edir və epilepsiya xəstələrinin əksəriyyəti adi həyat sürür, normal ailə sahibi olur, normal zehin səviyyəsinə malikdir və davranışda ciddi problemlər yaşamır.

- Epileptik tutma zamanı ilk hansı yardım göstərilməlidir?

- Epileptik tutma ağır travma ilə nəticələnə bilir. Xəstənin yanında olan insanlar müəyyən tədbirlər görməlidirlər ki, zədələnmənin qarşısı alınsın. İlk növbədə, xəstə uzandırılmalıdır. Sərt və iti əşyalar xəstədən uşaqlaşdırılmalıdır. Başının altına balış və ya başqa yumşaq əşya qoyulmalıdır. Eynək taxılıbsa, onu çıxartmaq lazımdır.

Eyni zamanda, xəstəni boğulmaqdan qorumaq vacibdir. Tutma zamanı tüpürcək boğaza düşüb, tənəffüs yollarını bağlayaraq nəfəsi poza bilir. Eyni şəkildə tutma zamanı xəstə qusarsa, o, boğula bilər. Bunun qabağını almaq üçün xəstəni yan üstə (sol və ya sağ tərəfə - fərqi yoxdur) çevirmək lazımdır. Mümkündürsə, başını da bir qədər çevirin ki, ağzı aşağı baxsın. Bütün kip bağlanmış paltarlar və aksesuarlar boşalmalıdır: qalstuk, köynəyin yaxası, kəmər və s. Ağız boşluğuna barmağı və ya hər hansı əşyanı salmaq məsləhət görülmür. Tez-tez belə olur ki, xəstənin yaxınları “xəstənin dili qatlanıb, ağzı kilidlənib və o boğula bilər” deyə düşünürlər və barmaq, qaşıqla dişlərini aralamağa çalışırlar. Lakin dilini tutmaq məqsədilə ağzı açmaq cəhdləri dişin sınmasına (və ya dişdəki plombun düşməsinə) gətirib çıxara bilər və dişin parçası boğaza gedə bilər. Bu isə artıq boğulma təhlükəsini yaradır. Bundan əlavə, ağız boşluğuna qaşıq kimi əşyaları salmaqla xəstəni süni şəkildə qusdurmaq olar. Nəticədə xəstə boğula bilər və ya sonra onda sətəlcəm başlaya bilər. Xəstə yan üstə uzadılıb üzü aşağı çevrilibsə, onun dili “qatlanmaz”. Tutma zamanı xəstə öz dilini dişləyə bilər. Bu zaman dişləri aralamaq olar ki, dil boşalsın. Tutma zamanı xəstənin şüurunu itirib-itirməməyini öyrənmək lazımdır, çünki bu məlumat həkim üçün vacibdir. Yoxlamaq üçün sadə əmrləri (“Sağ əlini qaldır!”) və sualları (“Adın nədir?”, “Neçə yaşın var?”) verilməlidir.

- Epilepsiyadan əziyyət çəkənlər nəyə diqqət etməlidilər?

- Tutmalara təkan verən əsas amillərə diqqət etməklə tutmaların sayını azaltmaq mümkündür. İlk növbədə, həkimin təyin etdiyi dərmanları vaxtlı-vaxtında qəbul etmək lazımdır. Epilepsiya xəstələrinin bir çoxu yuxunun pozulmasına həssas olur və yuxusuzluq tutmalara gətirib çıxarır. Beləliklə, xəstələr yuxu rejiminə riayət etməlidirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib