Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar respublikada kənd təsərrüfatı məhsulu istehsalı 3,4 faiz artıb

Naxçıvan, 24 iyul, AZƏRTAC 

Muxtar respublikada həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2020-ci ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 3,4 faiz çox, yəni 139 milyon 886 min 600 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 12 min 669 ton ət, 50 min 224,8 ton süd istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 və 1,6 faiz çoxdur.

Bu ilin məhsulu üçün muxtar respublikada 63 min 405 hektar sahədə əkin aparılıb ki, bu da 2019-cu ilin məhsulu üçün əkilmiş sahədən 435 hektar çoxdur.

Muxtar respublikada taxılçılıq strateji əhəmiyyətə malik istiqamət kimi diqqətdə saxlanılıb və 2020-ci ilin məhsulu üçün 36 min 879 hektar sahədə taxıl əkilib ki, bunun da 36 min 99 hektarı payızlıq, 780 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 26 min 293 hektarında buğda, 10 min 586 hektarında isə arpa əkilib. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 3 min 571 hektar artıb. Hazırda taxıl zəmilərindən məhsul tədarükü davam etdirilir.

Cari ildə dən üçün qarğıdalı əkini sahəsi 1549 hektar olub ki, bu da ötən illə müqayisədə 545 hektar çoxdur.

Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılıb və 2020-ci ildə 3241 hektar sahədə kartof əkini aparılıb ki, bu da bir il öncəyə nisbətən əkilmiş sahədən 13 hektar çoxdur.

Bu ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülüb, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 45,1 hektar sahədə tütün əkini aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaradıb.

Üzümçülüyün inkişafı məqsədilə yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması davam etdirilib.

Muxtar respublikada əkinçiliyin inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən qurulması başa çatdırılıb.

Əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə tutumu 200 və 2 min 500 ton olan 2 soyuducu anbar yaradılıb, 1 soyuducu anbar genişləndirilib. Bir soyuducu anbarın yaradılması davam etdirilir. Bundan əlavə, 8 istixana təsərrüfatı yaradılıb, 1 istixana təsərrüfatının fəaliyyəti bərpa edilib.

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 177-si 2020-ci ilin yanvar-iyun aylarında olmaqla, ümumilikdə, 2916 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. 2020-ci ilin ilk yarımilində 164 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilib, 9 ədədi nağd yolla satılıb. Bu dövrdə məhsul istehsalçıları 9008,3 ton mineral gübrə ilə təmin olunub.

Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2020-ci ilin yanvar-iyun aylarında da diqqətdə saxlanılıb, 27 heyvandarlıq təsərrüfatının yaradılması, 14 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 8 heyvandarlıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, 1 heyvandarlıq kompleksində yenidənqurma işləri davam etdirilir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə cari ilin yanvar-iyun aylarında 4 milyon 593 min manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 13,1 faiz çoxdur.

Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılıb, müasir infrastruktur obyektlərinin tikintisi davam etdirilib.

Cari ilin ilk yarımilində heyvandarlıq təsərrüfatlarında 7 min 296 baş inək, düyə və camış süni yolla mayalandırılıb, ötən ildə mayalandırılmış inək, düyə və camışlardan 5 min 666 baş sağlam bala alınıb.

Bu ilin iyulun 1-i tarixinə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 126 min 467 baş, qoyun və keçilərin sayı 799 min 878 baş olub ki, bu da 1 iyul 2019-cu il tarixə olan göstəriciləri 1,8 və 2,1 faiz üstələyib.

Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 1 quşçuluq təsərrüfatı yaradılıb, 2 quşçuluq təsərrüfatının yaradılması, 1 quşçuluq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılıb, cari ilin yanvar-iyun aylarında bu sahədə müvafiq tədbirlər görülüb, 8 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 7 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilir. Təsərrüfat subyektlərinə 2020-ci ilin yanvar-iyun aylarında 260 min 600 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 8,1 faiz çoxdur. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi bu sahəyə marağı artırıb.

Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib, Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib. Bundan əlavə, Şərur rayonunun Muğancıq-Mehrab, Məmmədsabir və Ordubad rayonunun Vənənd kəndlərində istifadəyə verilən kənd mərkəzlərində baytarlıq məntəqələri üçün müasir iş şəraiti yaradılıb.

Cari ilin ötən dövründə baytarlıq təbabəti sahəsində görülən işlərin davamlılığının təmin olunması məqsədilə yeni avtomobil və süni mayalanma dəstlərinin təqdimatı olub.

Bu ilin yanvar-iyun aylarında kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 5 milyon 598 min 400 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 10,1 faiz çoxdur.

Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikadan 40 milyon 629 min 800 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.

Cari ilin ötən dövründə meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması diqqətdə saxlanılıb, Sədərək rayonunda işğaldan azad edilmiş 73 hektar torpaq sahəsində meliorativ tədbirlər aparılaraq əkin dövriyyəsinə daxil edilib.

Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının, Türkeş, Sələsüz, Mərəlik kəndlərinin ərazisində və Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkələrinin tikintisi davam etdirilir.

“Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 1 milyon manat vəsait ayrılıb.

Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində tədbirlər görülüb, 2020-ci ilin yanvar-iyun aylarında 282 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 206 min 560 ağac və gül kolu əkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb