Muxtar respublikada ÜDM istehsalı 2009-cu ildəki göstəricidən 2,9 dəfə çoxdur
Naxçıvan, 11 fevral, AZƏRTAC
Ötən il muxtar respublikada ümumi daxili məhsul istehsalı 2 milyard 839 milyon 650 min manat olub ki, bu da 2009-cu ildəki göstəricidən 2,9 dəfə çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə 2009-cu ilə nisbətən 2,5 dəfə artaraq 6201,5 manat olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2019-cu ildə ümumi daxili məhsulun tərkibində istehsalın payı 58,9 faiz təşkil edib. 2009-cu ildə bu göstərici 45,6 faiz idi.
2009-cu illə müqayisədə sənaye məhsulu 4,8, əsas kapitala yönəldilən vəsaitlər 2,5, kənd təsərrüfatı məhsulu 2,7, nəqliyyat sektorunda yük daşınması, informasiya və rabitə xidmətləri 1,7 dəfə artıb.