Muzeydə “Həyatın və ölümün dərsləri” adlı tədbir-sərgi keçiriləcək
Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən, yanvarın 16-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş “Həyatın və ölümün dərsləri” adlı tədbir-sərgi keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, sərgidə muzeyin fonduna daxil olunmuş yeni eksponatlar - 20 Yanvar faciəsinin şəhidlərinin şəxsi əşyaları nümayiş olunacaq.
Tədbirdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri bu ali məktəbin dosenti, əməkdar artist Mahirə Yaqubovanın rejissorluğu ilə hazırladıqları 20 Yanvar faciəsinə həsr olunan kompozisiyanı təqdim edəcəklər. Həmçinin əməkdar artistlər Ağalar Bayramov və Teyyub Aslanın ifalarında şeir və muğamlar səslənəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]