Muzeydə “Tarix yazan qəhrəmanlar” mövzusunda tədbir keçirilmişdir
Bakı, 20 yanvar (AZƏRTAC). Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin şəhidlərinin xatirəsinə həsr olunmuş “Tarix yazan qəhrəmanlar” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciədən 24 il ötməsinə baxmayaraq, xalqımız bu dəhşətli hadisəni unutmamışdır.
Muzeydən AZƏRTAC-a bildirmişlər ki, tədbirin əsas məqsədi gələcək nəsillərin xalqımızın qan yaddaşını əbədi olaraq yaşatmağa, milli azadlığımız uğrunda öz canlarını Vətən yolunda fəda vermiş şəhidlərimizi heç vaxt unutmamağa səsləməkdir.
Mərasimdə Bakı şəhərinin 190, 31, 20, 8, 7 nömrəli orta məktəblərinin şagirdləri kompozisiyalarla çıxışlar etmiş və muzeylə yaxından tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]
31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]