NABUKKO LAYİHƏSİNİN REALLAŞMAMASINA HEÇ BİR SƏBƏB YOXDUR
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 10-da Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər bu ölkənin Azərbaycandakı səfirliyində keçirdiyi mətbuat konfransında demişdir.
Hilmi Gülər bildirmişdir ki, Bakıda keçirilən “Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlığın strategiyası” mövzusunda beynəlxalq konfrans böyük əhəmiyyət daşıyır. Belə konfransların Bakıda keçirilməsi Azərbaycanın enerji baxımından böyük önəm daşıyan ölkə olduğunu bir daha göstərdi. Tədbir Türkmənistanın enerji resurslarının Avropaya nəqlində Azərbaycanın mühüm rolunu bir daha təsdiqlədi. Türkiyə isə hər iki ölkə ilə əlaqələrə xüsusi önəm verir.
Nabukko layihəsi barədə danışan Hilmi Gülər bildirmişdir ki, rəsmi Ankara layihə ilə bağlı lazımi hazırlıq işləri görmüşdür. Bütün təkliflər Avropa İttifaqına və digər aidiyyatı qurumlara göndərilmişdir. Hazırda müzakirələr davam etdirilir. Bu layihə həm bizim üçün, həm də Avropa İttifaqı üçün çox önəmlidir. Biz layihəni gerçəkləşdirəcəyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]