Nadir ağaclar parkının ərazisində müxtəlif növ ağac tingləri və gül kolları əkilib
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının şəhərciyində salınmış Nadir ağaclar parkında yaşıllıq zonasının nadir ağac və müxtəlif gül növləri ilə genişləndirilməsi və zənginləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əməkdaşları Nadir ağaclar parkının ərazisində müxtəlif növ ağac tingləri və gül kolları əkib, texniki qulluq göstəriblər.