Naftalanda aztəminatlı ailələrə ərzaq məhsullarından və tibbi ləvazimatlardan ibarət bağlamalar paylanıb
Naftalan, 19 aprel, Rauf Hacıyev, AZƏRTAC
Koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə əsasən, Naftalan şəhərində profilaktik tədbirlərlə yanaşı, sosial tədbirlər də həyata keçirilir.
Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhərdə aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan və tənha yaşayan vətəndaşlara yardım edilib.
Müxtəlif ərzaq məhsullarından və tibbi ləvazimatlardan (spirt, maskalar və əlcəklər) ibarət bağlamalar şəhər icra hakimiyyətinin əməkdaşları tərəfindən bu təbəqədən olan sakinlərə çatdırılıb.