REGİONLAR
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub
Naftalan, 12 aprel, Elcan Məmmədov, AZƏRTAC
Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Çıxış edən natiqlər bildiriblər ki, ölkəmizdə milli dəyərlərə hörmətin, tolerantlığın təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu dövlət-din münasibətləri sahəsindəki strateji kurs bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin, haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəlir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur.
Sonra dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb.
Şəhid ailələri və qazilər dövlət səviyyəsində onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.