NARKOTİK MADDƏ ALVERÇİSİ YAXALANMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Narkotiklərlə Mübarizə Baş İdarəsinin qərb bölgəsində regional şöbəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində, Yevlax şəhər sakini Ələddin Rəsulov 0,071 qram heroini həmyerlisi Elbrus Məhərrəmova 18 manata satarkən tutulmuşdur. Ə.Rəsulovdan əlavə 0,059 qram heroin götürülmüşdür.
Sabunçu Rayon Polis İdarəsi 14-cü bölməsinin işçiləri Maştağa qəsəbə sakini Könül Quliyevadan 0,355 qram heroin, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları isə şəhər sakini Natiq Nəsirovdan 0,212 qram heroin və şprisdə 0,8 milliqram sirkə anhidridi müsadirə etmişlər.
Faktlarla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]