Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxtı sakinində 460 qram heroin aşkarlanıb
Bakı, 10 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində qətiyyətli mübarizə tədbirlərini uğurla davam etdirirlər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Məmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 460 qram heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.