CƏMİYYƏT
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərdə yarım kiloqrama yaxın marixuana aşkarlanıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum edilmiş Ş.Qədimov tutulub. Şəxsi axtarış zamanı ondan 30 qrama yaxın tiryək və 450 qram marixuana aşkarlanaraq götürülüb.
Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri digər əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş İ.Əliyev yaxalanıb. Şəxsi axtarış zamanı həmin şəxsdən 455 qram marixuana aşkarlanıb.
Hər iki faktla əlaqədar təhqiqat aparılır.