NASA Mars ətrafında fırlanan orbital stansiya ilə əlaqəni itirib
Bakı, 11 dekabr, AZƏRTAC
NASA ötən həftənin sonlarında Mars ətrafında fırlanan “Maven” (Mars Atmosphere and Volatile Evolution) orbital stansiyası ilə əlaqəni itirib.
AZƏRTAC xəbər verir ki, NASA-nın məlumatına görə, Qırmızı planetin arxasına keçmədən öncə “Maven” stansiyasının kommunikasiyaları düzgün işləyirdi, lakin yenidən görünəndə onunla əlaqə qurmaq mümkün olmayıb. NASA mütəxəssisləri hazırda bunun səbəbini müəyyən etməyə çalışırlar.
Qeyd edək ki, 2013-cü ildə kosmosa buraxılan “Maven” Marsın yuxarı atmosferini və onun günəş küləyi ilə qarşılıqlı təsirini tədqiq edirdi. Stansiya, həmçinin NASA-nın “Curiosity” və “Perseverance” adlı özüyeriyən Mars araşdırma aparatı üçün rabitə əlaqələndiricisi rolunu oynayırdı.
Hazırda NASA-nın Mars ətrafı orbitdə işlək vəziyyətdə qalan daha iki kosmik gəmisi var: 2005-ci ildə buraxılan “Mars Reconnaissance Orbiter” və 2001-ci ildə buraxılan “Mars Odyssey”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]