NASA Marsda həyatı simulyasiya edən bir illik eksperimenti tamamlayıb
Bakı, 9 iyul, AZƏRTAC
NASA insanın Marsa uçuşuna hazırlıq məqsədi daşıyan eksperimental missiyanın uğurla başa çatdığını elan edib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, 10 mindən çox namizəd arasından seçilən dörd könüllü Qırmızı Planetdə gələcək kolonistlərin bəzi yaşayış şəraitini simulyasiya edən eksperimental kompleksi – “Mars blokunu” tərk edib. Onlar xarici dünyadan tamamilə təcrid olunmuş vəziyyətdə bir ildən çox yaşayıblar.
NASA ilk növbədə astronavtların eniş sonrası həyatının psixoloji aspektlərini son dərəcə məhdud resurslara malik 160 kvadratmetrlik blokda tədqiq edib. Ekipajın kömək və məsləhət istəmək imkanları da məhdud olub: təcrübə zamanı həlli yolları işlənmiş əsas məsələlərdən biri Yerlə əlaqənin ləngiməsi idi. Buna görə də yaranan problemləri müstəqil həll etmək lazım gəlib.
Astronavtlar bütün il boyu "Yerdən götürülmüş" konservlərlə qidalanıb və kiçik bir istixanada tərəvəz yetişdirməyə çalışıblar. Bu zaman resurslardan, xüsusən də sudan qənaətli istifadə ön plana çəkilib.
Bundan əlavə, bütün eksperimental blok və "planetin" ətrafı 3D printerdə çap olunub. Alimlər istisna etmirlər ki, bu xüsusi texnologiya Qırmızı Planetdə bol olan qumdan istifadə edərək Mars koloniyalarının qurulmasına imkan yaradacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]