NASA-nın maliyyələşdirilməsi bu il 8,5 faiz azalacaq
Bakı, 12 mart, AZƏRTAC
ABŞ Konqresinin razılaşdırdığı cari il üçün Amerika Kosmik Agentliyinin (NASA) büdcəsi 8,5 faiz azaldılacaq.
AZƏRTAC xəbər verir ki, bunu NASA-nın rəhbəri Bill Nelson agentliyin yeni büdcə üzrə inkişaf perspektivlərinə həsr olunmuş konfransda deyib.
“NASA tələb olunan 27,2 milyard dollar əvəzinə, 24,9 milyard dollar maliyyə alacaq”, - deyə agentliyin rəhbəri bildirib ki, azalmalar, xüsusən də Ay və Mars da daxil olmaqla planetar tədqiqat proqramlarına təsir göstərir.
Onun sözlərinə görə, 2025-ci maliyyə ilində büdcənin 25,4 milyard dollara çatdırılması planlaşdırılır. Bu da cari maliyyə ilindən 0,5 milyard dollar çoxdur.
O, NASA-nın gələn ilin oktyabrında başlayacaq 2026-cı maliyyə ilində daha da çox maliyyələşdirməyə çalışacağını söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]