NATO PARLAMENT ASSAMBLEYASININ SƏDRİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da onun üçün ayrılmış iqamətgahda NATO Parlament Assambleyasının sədri Pyer Löluş ilə görüşmüşdür.Pyer Löluş Fransada keçiriləcək prezident seçkiləri ərəfəsində bu ölkədə gedən proseslər, seçkilərə hazırlıq barədə dövlətimizin başçısına məlumat verdi.
Görüşdə bir sıra regional məsələlərə dair geniş fikir mübadiləsi aparıldı.