NATO vəd olunan hərbi yardımın 98 faizini Kiyevə çatdırıb
Bakı, 27 aprel, AZƏRTAC
NATO ölkələri Kiyevə 1550 zirehli avtomobil, 230 tank və xeyli sayda silah-sursat çatdırıb ki, bu da vəd olunan yardımın 98 faizi deməkdir. Şimali Atlantika Alyansı Ukrayna ordusu üçün on zirehli-tank briqadasının hazırlığında da iştirak edib.
AZƏRTAC xəbər verir ki, bunu hərbi blokun Baş katibi Yens Stoltenberq Brüsseldə Lüksemburqun Baş naziri Ksavye Bettellə görüşündə deyib. Onun sözlərinə görə, göstərilən yardımlar sayəsində Ukrayna işğal olunmuş ərazilərini azad etmək üçün güclü mövqeyə yiyələnib.
Yens Stoltenberq Ukraynanın silahla maksimum həcmdə təmin olunmasını sülhə nail olmaq üçün ən yaxşı vasitə hesab etdiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]