Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi qeyd olunub

Naxçıvan, 10 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il yanvarın 14-də “Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb və yubileylə bağlı Tədbirlər Planını təsdiq edib. Yubiley ərəfəsində Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi üçün yeni bina inşa olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 10-da Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tədris korpusunda yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 2 mərtəbədən ibarət olan İqtisad korpusunda 5-i elektron lövhəli, 1-i elektron kürsülü olmaqla 24 auditoriya, kompüter sinfi, kitabxana, arxiv, dekanlıq və kafedralar üçün otaqlar yerləşir. Kompüter sinfində 31 kompüter quraşdırılaraq internetə qoşulub. Dekanlıq və kafedra otaqları da kompüterlərlə təchiz edilib. Binada elektron təhsilin tətbiqi üçün müasir infrastruktur yaradılıb. Müasir interyeri ilə diqqəti cəlb edən geniş auditoriyalarda proyektorlar, kompüter dəstləri, elektron lövhələr və elektron kürsülər quraşdırılıb, sürətli internetə çıxış təmin edilib.

İqtisad fakültəsində “İqtisadiyyat”, “Mühasibat uçotu və audit”, “Dünya iqtisadiyyatı” və “Menecment” ixtisasları üzrə ali təhsilli kadrlar hazırlanır, “İqtisadiyyat”, “Mühasibat uçotu və maliyyə”, “Dünya iqtisadiyyatı və Menecment” kafedraları fəaliyyət göstərir.

Həmin gün Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Universitetinin 50 illiyi ilə əlaqədar tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yubiley tədbirində çıxış edərək deyib: Bu gün Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyini qeyd edirik. Naxçıvan Dövlət Universiteti ötən 50 ildə böyük inkişaf yolu keçib. Ali təhsil ocağının milli təhsil müəssisəsinə çevrilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1972-ci ildə Ulu Öndərimizin himayəsi ilə Azərbaycan Pedaqoji İnstitutu Naxçıvan filialının bazasında müstəqil institut yaradılmış, sonradan isə həmin institut universitetə çevrilmişdir. “Çox xoşbəxtəm ki, mən bu universitetin yaranmasının təməlini qoyanlardan biri və onun təşəbbüskarıyam... Böyük iftixar hissi keçirirəm ki, əsasını qoyduğumuz bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir... Naxçıvan təhsili, məktəbi mənim üçün əzizdir. Naxçıvan Dövlət Universiteti isə Naxçıvan təhsilinin zirvəsidir” - deyən Ümummilli Liderimizin tövsiyələri əsas götürülərək burada quruculuq tədbirləri görülmüş, müasir təhsil infrastrukturu yaradılmışdır. Həyata keçirilən tədbirlərin bariz nümunəsidir ki, bu gün - universitetin yubiley günündə də Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi üçün müasir tələblərə uyğun yeni tədris korpusu istifadəyə verildi.

Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi və yeni tədris korpusunun istifadəyə verilməsi münasibəti ilə universitetin bütün professor-müəllim heyətini və tələbələri, tədbir iştirakçılarını təbrik edərək deyib: Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı və insan kapitalının formalaşdırılması sahəsində müəyyənləşdirdiyi tədbirlərə uyğun olaraq bu gün Naxçıvan Dövlət Universiteti də yeni inkişaf mərhələsinə qədəm qoyub. Muxtar respublikada aparılan quruculuq işləri bu universiteti də əhatə etmiş, son illər tədris korpusları, kitabxana, konservatoriya, Sosial Xidmət Mərkəzi, xəstəxana, Olimpiya İdman Mərkəzi, Baytarlıq Təbabəti və Tələbə evi istifadəyə verilmiş, böyük bir ərazidə müasir “Universitet şəhərciyi” salınmışdır. Naxçıvan Dövlət Universitetində informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq olunmuş, elektron idarəetmə və tədris sistemi istifadəyə verilmiş, kadr hazırlığına diqqət artırılmış, yeni fakültələr və ixtisaslar açılmışdır. 1967-ci ildə 3 ixtisas və 103 tələbə ilə fəaliyyətə başlayan universitetdə hazırda 6 minə yaxın tələbə təhsil alır. 58 ixtisas üzrə bakalavr, 68 ixtisas üzrə magistr, 35 ixtisas üzrə doktorant hazırlığı aparılır. Universitetdə dissertasiya şurasının fəaliyyət göstərməsi muxtar respublikada ali təhsillə yanaşı, elmi potensialın da inkişafına əhəmiyyətli təsir göstərmişdir.

Ali Məclisin Sədri deyib: Bu gün qətiyyətlə demək olar ki, Naxçıvan Dövlət Universitetinin keçdiyi yol zəngin maarifçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikasında təhsilin yeni inkişaf tarixidir. Universitet muxtar respublikada ali təhsil sisteminin inkişafı ilə yanaşı, milli şüurun formalaşmasında, gənclərin vətənpərvərlik tərbiyəsində də mühüm xidmətlər göstərmiş, burada peşəkar milli kadrlar hazırlanmışdır. Artıq Naxçıvan Dövlət Universitetinin məzunları Azərbaycanda milli dövlət quruculuğunun müxtəlif sahələrində çalışır, sosial-iqtisadi inkişafa öz töhfələrini verirlər. Ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvan Dövlət Universitetinin fəaliyyəti haqqında demişdir: “Naxçıvan Dövlət Universiteti böyük və şərəfli yol keçmişdir. Mən şadam ki, universitet çox sürətlə inkişaf edir, burada çox böyük işlər görülür. Universitet dünyanın aparıcı ali məktəbləri ilə çox yaxşı işgüzar əlaqələr yarada bilibdir. Burada müxtəlif ölkələrdən tələbələr oxuyur. Bu da onu göstərir ki, Naxçıvan Dövlət Universitetinin nüfuzu dünyada kifayət qədər yüksək səviyyədədir”.

Ali Məclisin Sədri Azərbaycanda ali təhsilli ixtisaslı kadrların hazırlanması sahəsindəki səmərəli fəaliyyətinə, eləcə də elmin və təhsilin inkişafındakı xidmətlərinə görə Naxçıvan Dövlət Universitetinin kollektivinə təşəkkür edib.

“Naxçıvan Dövlət Universitetinin ötən 50 ildə qazandığı təcrübə, elmi potensial və yaradılan tədris imkanları bizim sərvətimizdir”, - deyən Ali Məclisin Sədri bu sərvətdən səmərəli istifadə edilərək ölkəmizin və xalqımızın bu günü və sabahı üçün layiqli vətəndaşlar hazırlanacağına əminliyini bildirib, universitetin kollektivini bir daha yubiley münasibəti ilə təbrik edib.

Sonra tədbirdə Azərbaycan Respublikasının medal və fəxri adlarına, Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülənlərə müvafiq təltif və mükafatların təqdimatı olub.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 oktyabr tarixli Sərəncamları ilə Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə universitetin əməkdaşlarından 7-i “Tərəqqi” medalı, 8-i isə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə təltif olunub. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 1 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi ilə əlaqədar olaraq muxtar respublikada təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə universitetinin müəllimlərindən 16-sı Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi”, 1-i “Əməkdar mədəniyyət işçisi”, 1-i isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına layiq görülüb.

Ali Məclisin Sədri təltif olunanlara medal və fəxri adların döş nişanını və vəsiqələrini, eləcə də Naxçıvan Dövlət Universitetində fərqlənən 10 müəllim və 8 tələbəyə noutbuk, 24 tələbəyə isə planşet təqdim edib.

Təltif olunan müəllimlərdən İsmayıl Zeynalov, Allahverdi Hüseynov, Əbülfəz Məmmədov, Akif Əliyev və Məmməd Əliyev əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq ediblər.

Universitetin Müalicə işi ixtisası üzrə üçüncü kurs tələbəsi, Türkiyə vətəndaşı Şehriban Sarıhan minnətdarlıq edərək deyib: Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. Birlik, bərabərlik, dostluq və qardaşlıq münasibətləri hər iki ölkədən olan gənclərin dəyərlərimizə sədaqət ruhunda tərbiyəsinə imkan verir. Biz gənclər Azərbaycanın bayrağını öz bayrağımız, sevincini öz sevincimiz kimi qəbul edirik. Naxçıvanda təhsil almağımız üçün yaradılan şərait və göstərilən diqqət isə məsuliyyətimizi daha da artırır. Bütün bunlar tələbə-gənclər tərəfindən böyük razılıqla qarşılanır.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə təbriklərini çatdıraraq deyib: Zəngin və şərəfli inkişaf yolu keçən Naxçıvan Dövlət Universiteti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarına köklənmiş dövlətçilik universitetidir. 5 min illik tarixi olan Naxçıvanda elmin və təhsilin inkişafı sahəsində görülən işlər Naxçıvan Dövlət Universitetinin timsalında daha aydın görünür. Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində universitetdə böyük quruculuq işləri aparılıb, tədris müasir tələblərə uyğun qurulub, yeni fakültələr və ixtisaslar açılıb. Artıq Naxçıvan Dövlət Universiteti elmin, tədrisin və mədəniyyətin inteqrasiyasını özündə birləşdirən mötəbər ali təhsil ocağıdır. Universitet ölkəmizdə ixtisaslı kadrlara olan tələbatın ödənilməsi sahəsində səmərəli fəaliyyət göstərir. Bu gün Naxçıvan Dövlət Universitetinin məzunları dövlətçilik təfəkkürü və Azərbaycançılıq məfkurəsi ilə zənginləşmiş yeni nəsildir.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinə həsr olunmuş sənədli televiziya filminə baxış olub.

Sonra Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında konsert proqramı olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib