Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksi istifadəyə verilib

Naxçıvan, 1 iyun, AZƏRTAC

İyunun 1-də - Milli Qurtuluş Günü ərəfəsində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərhədçiləri salamlayıb, Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar və tarixi gün - Milli Qurtuluş Günü ərəfəsində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını, diviziyanın bütün şəxsi heyətini və sərhədçi ailələrini təbrik edərək deyib: Bu il həm də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 30-cu ildönümü tamam olur. “Azərbaycanın dövlət sərhədi Azərbaycanın müstəqilliyini, suverenliyini nümayiş etdirən amildir”, - deyən ümummilli liderimiz Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda həyata keçirdiyi müstəqil dövlət quruculuğu tədbirləri sırasında sərhəd qoşunlarının formalaşması və inkişafı mühüm yer tutur. Həmin dövrdə Sovetlər Birliyinin muxtar respublikadakı sərhədlərində 41-ci Sərhəd Dəstəsi dayanırdı. Sərhədin Ordubad və Sədərəkdən keçən hissəsinin mühafizəsini aparan sərhəd zastavaları isə Ermənistandakı sərhəd dəstəsinin tabeliyində idi. Ulu Öndərin təşəbbüsü ilə həmin zastavalar Naxçıvandakı 41-ci Sərhəd Dəstəsinə birləşdirildi. Bunun ardınca 41-ci Sərhəd Dəstəsi də bütün əmlakı və silah-sursatı ilə birlikdə Naxçıvan Muxtar Respublikasının tabeliyinə verildi. 1992-ci il avqustun 22-də Naxçıvandakı sərhəd dəstəsində üçrəngli bayrağımız qaldırıldı və bununla da Azərbaycanın ilk milli sərhəd dəstəsinin təməli qoyuldu. Ümummilli liderimiz Heydər Əliyev bu barədə deyirdi: “Biz keçmiş Sovetlər İttifaqının, sonra isə Rusiyanın 41-ci Sərhəd qoşunları hissəsinin buradan tamamilə çıxıb getməsinə nail olduq və Azərbaycanda ilk dəfə olaraq milli sərhəd qoşunlarının 1-ci dəstəsi yaradıldı. Bütün bunlar tarixi hadisələrdir və nəinki bugünkü, hətta gələcək nəsillər tərəfindən layiqincə qiymətləndirilməlidir”.

Ali Məclisin Sədri deyib: Milli Qurtuluşun bəhrələrindən biri də güclü və qüdrətli Azərbaycan Ordusudur. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvandan başlanan ordu quruculuğu işlərinin davamı olaraq Azərbaycan Silahlı Qüvvələri tam formalaşdırılmış, bu tədbirlər sırasında Naxçıvanda dövlət sərhədlərimizin mühafizəsi işi də diqqətdə saxlanılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev də Ümummilli Liderin yolunu davam etdirərək ordu quruculuğuna və sərhədlərimizin etibarlı mühafizəsinə diqqəti artırmış, dövlət başçısının müvafiq fərmanları ilə 2004-cü ildə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası yaradılmış, 2015-ci ildə Sərhəd Diviziyası “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına çevrilmişdir. Muxtar respublikada sərhədlərimizin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələdədir. Ötən dövrdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının mərkəzi qərargahı yenidən qurulmuş, 14 sərhəd zastavası, eləcə də 2 sərhəd komendantlığı üçün yeni yaşayış və xidmət kompleksləri istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmiş, sərhədçi ailələrinin məişət şəraiti yaxşılaşdırılmışdır.

Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində əməyi və xidməti olanlara təşəkkür edərək deyib ki, bütün bunlar Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir.

“Sərhəd hər bir ölkənin müstəqilliyini təsdiq edən amil, sərhədlərin etibarlı mühafizəsi isə inkişaf və sabitlik deməkdir”,-deyən Ali Məclisin Sədri bildirib ki, ona görə də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti Azərbaycan Respublikasının muxtar respublikadakı 234 kilometrlik dövlət sərhədini bundan sonra da etibarlı mühafizə etməli, hərbi intizama ciddi əməl olunmalı, sərhəd nəzarəti və xidməti fəaliyyət günün tələbləri səviyyəsində qurulmalı, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmalıdır.

Ali Məclisin Sədri bu vəzifələrin icrasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətinə uğurlar arzulayıb, onları qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə təbrik edib, çıxışını Azərbaycan Prezidenti İlham Əliyevin “Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır. Biz elə etməliyik ki, sərhədlərimiz tam şəkildə qorunsun”, - fikirləri ilə tamamlayıb.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev çıxış edərək deyib ki, diviziyanın maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi qulluqçulara yüksək dövlət qayğısı göstərilir. Bu gün muxtar respublikada sərhədlərin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoyub, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. 1-ci Sərhəd Komendantlığı üçün yeni kompleksin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Niyaməddin Tağıyev 1-ci Sərhəd Komendantlığında yaradılan şəraitə görə şəxsi heyət adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, bundan sonra da sərhədlərimizin etibarlı mühafizəsi istiqamətində qüvvə və bacarıqlarını əsirgəməyəcəklərinə söz verib.

Şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.

Zabit İlkin Mehdiyev sərhədçilər adından minnətdarlıq edərək deyib ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazası möhkəmləndirilib. Bu gün təqdimatı olan Şərur Sərhəd Komendantlığı da görülən işlərin və sərhədçilərə göstərilən qayğının bariz nümunəsidir. Əmin edirik ki, yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da dövlət sərhədlərinin etibarlı mühafizəsini təmin edəcəyik.

Sonra Ali Məclisin Sədri yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, 1-ci Sərhəd Komendantlığının xidməti ərazisi Şərur, Sədərək və Kəngərli rayonlarını əhatə edir. Tabeliyində 8 sərhəd zastavası vardır. Komendantlıqdakı ikimərtəbəli qərargah binası, 96 yerlik əsgər yataqxanası, 136 yerlik yeməkxana, 18 mənzillik yaşayış binası, 2 nəzarət-buraxılış məntəqəsi, hamam-camaşırxana, qazanxana, əşya, tərəvəz, silah-sursat və ərzaq anbarları, avtomobillər üçün 9 saxlanc yeri və transformator yarımstansiyası yenidən qurulub. Qərargah binasında müşavirə zalı, 10 iş otağı, arxiv və rabitə otaqları vardır. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan əsgər yataqxanasında subay zabitlər üçün istirahət yeri, sinif, məişət, silah, rabitə, 5 iş otağı, 10 çarpayılıq tibb məntəqəsi və aptek yerləşir.

Ərazidə yeni sıra meydanı, futbol meydançası, idman şəhərciyi, ailələr və əsgərlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət və uşaq əyləncə yerləri yaradılıb, 200 abonentlik müasir avtomat telefon stansiyası və 22 sabit video-kamera sistemi quraşdırılıb. Video-kameraların görüntüləri mərkəzləşdirilmiş qaydada sərhəd komendantlığına və diviziyaya ötürülür, serverdə 2 ay müddətində saxlanır. 6 hektar ərazidə abadlaşma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub, yaşıllıq salınıb.

Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşərək deyib: Bu gün 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksi istifadəyə verildi. Burada həm xidmətin düzgün təşkili, həm də rahat yaşayış üçün hərtərəfli şərait yaradılıb. Zabit o zaman öz xidmətini yaxşı yerinə yetirə bilir ki, onun ailəsi üçün lazımi şərait təmin olunur. İstifadəyə verilən xidmət kompleksində bütün bunlar nəzərə alınıb. Burada ailələr rahat yaşayacaq, onların həyat yoldaşları da dövlət sərhədində öz xidmətlərini layiqincə yerinə yetirəcəklər. Ərazidə uşaqların istirahəti üçün də lazımi şərait yaradılıb. Bir sözlə, bu gün sərhədçi ailələri, eyni zamanda, şəxsi heyət üçün lazımi şəraitin olması xidmətin yaxşı təşkil olunacağına əminlik yaradır.

Ali Məclisin Sədri deyib: Vaxtilə Sovet dövründə burada xüsusi hərbi hissə yerləşirdi. Lakin bugünkü xidmət və yaşayış şəraiti yox idi. Bu gün müasir xidmət və yaşayış kompleksinin sərhədçilərin və ailə üzvlərinin istifadəsinə verilməsi müstəqil dövlətimizin hərbi qulluqçulara və onların ailələrinə göstərdiyi diqqətinin daha bir ifadəsidir. Muxtar respublikanın bütün hərbi hissələrində bu şərait yaradılmışdır. Ona görə də hər kəs öz vəzifəsini layiqincə yerinə yetirməli, uşaqlar təhsilli böyüdülməli, peşə vərdişlərinə yiyələnməlidirlər.

Ali Məclisin Sədri sərhədçi ailələrinə rahat həyat arzulayıb, bütün muxtar respublika uşaqlarını 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edib.

Sonra Ali Məclisin Sədri uşaqlara hədiyyələr təqdim edib.

Ülviyyə Mehdiyeva sərhədçi ailələri adından çıxış edərək deyib: “Vətən sərhəddən başlayır və sərhədçi olmaq şərəfli bir peşədir. Muxtar respublikada sərhədçi ailələrinin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Bütün bunlar Ali Məclis Sədrinin sərhədçi ailələrinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu gün, eyni zamanda, 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günüdür. Sərhədçi ailələrinə və uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edirik”.

Uşaqlar vətənpərvərlik ruhunda şeirlər söyləyiblər.

Sonra Ali Məclisin Sədri mənzillərdə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, yaşayış binasındakı mənzillərdən 8-i üçotaqlı, 10-u isə ikiotaqlıdır.

Ali Məclisin Sədri qurulanların qorunması, nizam-intizama diqqət yetirilməsi və xidmətin təşkili barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb