Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılışı olub

Naxçıvan, 20 iyun, AZƏRTAC

İyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, Əlcəzairin mədəniyyət naziri Əzzədin Mihobi, Qvineya Respublikasının mədəniyyət, idman və tarixi-mədəni irs naziri Sanosi Bantama Sou, İndoneziya Respublikasının təhsil və mədəniyyət naziri Muhacir Əfəndi, Tacikistan Respublikasının mədəniyyət naziri Şəmsəddin Şodibek, Özbəkistanın mədəniyyət naziri Bəxtiyar Seyfullayev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Düsen Kaseinov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və digər qonaqlar ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev muzeyinə gələrək dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxıblar.

Tədbir başlanmazdan əvvəl teatrın foyesində fotoqraf Hüseyn Bağırovun “Mənim Naxçıvanım” fotosərgisinə baxış olub. Naxçıvanın bütün gözəlliklərini, özünəməxsus təbiətini və müasir inkişafını nümayiş etdirən fotolar maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Haçadağın fotoşəklini İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə, Batabatın fotoşəklini isə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Düsen Kaseinova hədiyyə edib.

“Qurani-Kərim”in tilavəti ilə başlayan tədbirdə Naxçıvan Dövlət Televiziyasının hazırladığı “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” televiziya filminə baxış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov Azərbaycanın Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində əlamətdar tarixi günlərin yaşandığını bildirərək tədbir iştirakçılarını salamlayıb və deyib: İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilmiş altıncı konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur.

Ali Məclisin Sədri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi təşəbbüsünə və dəvəti qəbul edib açılış tədbirində iştiraka görə qonaqlara təşəkkürünü bildirib və qeyd edib ki, İslam ölkələri ilə əməkdaşlığa xüsusi diqqət yetirən ümummilli liderimiz Heydər Əliyev deyirdi: “İslam dini sülh, qardaşlıq və əməkdaşlıq dinidir... Bu, tarixboyu Azərbaycanda öz əməli ifadəsini tapmışdır.” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də dini-mənəvi dəyərlərimizin yaşadılmasına xüsusi diqqət yetirir və dünyaya dövlət-din münasibətlərinin tənzimlənməsi modelini təqdim edir. Ölkəmizdə mövcud olan dini dözümlülük və tolerantlıq, multikultural dəyərlər nümunə kimi götürülür.

Belə bir şəraitdə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi barədə qərarın qəbul olunması tarixi hadisədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən yaxın və orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində islam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır.”

Ali Məclisin Sədri deyib: Beş min illik şəhər mədəniyyətinə malik olan Naxçıvan tarixən təktanrıçılığın mərkəzlərindən biri olub. İslamaqədərki dövrdə burada yaşayan Azərbaycan türkləri dini etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından İslam dininə yaxın idilər. Ona görə də yerli əhali İslam dinini 653-cü ildə könüllü qəbul etmişdir. İslam elm, mədəniyyət, sülh və mərhəmət dinidir; mənəvi saflığa və ədalətə çağırışdır. Dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində islam təhsilinin, elminin və mədəniyyətinin böyük rolu vardır. Bunun sayəsində qədim Naxçıvan şəhərində də zəngin tarixi-mədəni irs formalaşmışdır. Möminə xatın, Gülüstan, Qarabağlar türbələri, buzxana və hamamlar, qədim məscidlər və digər abidələr bu torpaqda yaradılmış çoxsaylı türk-islam mədəniyyətinin dövrümüzə qədər gəlib çatmış nadir nümunələridir. Bütün bunlar onu göstərir ki, İslam mədəniyyəti güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə inkişaf etmiş, böyük yaradıcı gücə malik olmuşdur. Naxçıvanda türk-islam mədəniyyəti on ikinci əsrdə - Azərbaycan Atabəylər dövləti zamanında özünün intibah mərhələsinə çatmışdır. Bu dövrdə yaşayıb-yaradan memar Əcəmi Əbubəkir oğlu Naxçıvaninin sənəti nəinki Azərbaycan, ümumilikdə Yaxın Şərq və İslam memarlığında yeni bir məktəbin əsasını qoymuşdur.

Qeyd olunub ki, Naxçıvan artıq orta əsrlərdə İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilmişdi. On beşinci əsrdə tərtib edilmiş “Dünyanın İslam tarixi xəritəsi”ndə Naxçıvanın adı qeyd edilib və yazılıb: “Naxçıvan İslamın ən güclü dayaqlarından biridir... Naxçıvan yaşayış məntəqəsi Allaha yaxınlığı ilə Azərbaycan üçün möcüzədir”. On səkkizinci əsrdə Naxçıvan xanlığı dövründə də bu torpaqda İslam dəyərləri yaşadılıb, tarixi-mədəni irs davam və inkişaf etdirilib. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Naxçıvan Muxtar Respublikasında İslam dəyərlərinə yeni yanaşmanın - elmi baxışın əsası qoyulub, türk-islam mədəniyyəti abidələri tədqiq olunub, Naxçıvan İslam mədəniyyətin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapıb.

Ali Məclisin Sədri bir daha iştiraklarına görə qonaqlara təşəkkürünü bildirib, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan - 2018” tədbirlərini açıq elan edib.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış edərək deyib: Bu möhtəşəm tədbirdə sizinlə olmaqdan böyük məmnuniyyət hissi duyuruq. Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir. İlk növbədə mən Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə minnətdarlığımı bildirmək istərdim. O öz ölkəsinə və eyni zamanda, İslam təşəbbüslərinə böyük dəstək verir. Həmçinin səmimi qəlbdən və ürəkdən minnətdarlıq hissi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbova da çox sağ ol demək istərdim. Bu cür mükəmməl təşkilatçılıq, təbii ki, danılmazdır.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən həyata keçirilən bu proqram üzv dövlətlərin də birlikdə koordinasiyası çərçivəsində icra edilir və ən önəmli mədəni layihələri, sivilizasiya və bəşəri dəyərlərin İslama bağlılığını nümayiş etdirir. Bu paytaxtların seçilməsi dini fəlsəfə çərçivəsində həyata keçirilir. Burada konkret xüsusi bir ölkə meyarları vardır. Seçilən paytaxt zəngin tarixə sahib olmalı, mədəni baxımından və eyni zamanda, islam mədəniyyətinə və bəşəri dəyərlərinə, insani dəyərlərə töhfə verməlidir. Bu gün bəşəriyyətin fərdi çağırışlarla üzləşməsinin şahidi oluruq. Ona görə də bəzi mədəni və bəşəriyyətlə bağlı xüsusi proqramlar icra olunur. Bu proqram da tarixi yaddaşı bir növ din vasitəsilə insanlara qaytarmağa çalışır. Yəni keçmişi və hazırkı dövrü bir-birinə bağlamaq cəhdidir. Beləliklə, burada məqsəd cəmiyyətdə xüsusi mexanizmlər vasitəsilə yaradıcılıq, elm və digər sahələrə əlavə töhfə verməkdən ibarətdir. ISESCO ümumdünya sülh, harmoniya, intellektual yaradıcılıq, eyni zamanda, elm və araşdırmalar vasitəsilə bu işə töhfə verir. Həyata keçirilən proqramlar fərqli və çeşidli olur. İl ərzində ISESCO tərəfindən qeyd olunan proqramlar çərçivəsində müxtəlif tədbirlər keçiriləcək, ekstremizmə və islamafobiyaya qarşı mübarizə aparılacaqdır.

Mən ilk dəfədir Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gəlirəm. Naxçıvanı kəşf etdikcə belə bir qənaətə gəlirəm ki, bura cənnətdir. İslam tarixinin bir parçası olan Naxçıvan İslamın olduğu kimi təbliğinə öz töhfəsini verir. Azərbaycanın bu gözəl guşəsində olmağımızdan məmnunluq duyuruq. Buradan bütün dünyaya çatdırmaq istəyirik ki, İslamın terrorizmlə eyniləşdirilməsi qəbuledilməzdir. Fürsətdən istifadə edərək bildiririk ki, bilikli, bacarıqlı və konstruktiv yanaşma vasitəsilə insanlara İslamın gerçək üzünü və gözəlliyini göstərəcəyik.

Açılış tədbirində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev deyib: Bu gün tarixi bir hadisənin - Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyəti Paytaxtı elan edilməsinin işığına toplaşmışıq. Naxçıvan bu coğrafiyanın ən müqəddəs torpağıdır və onun mədəniyyəti, tarixi Azərbaycan xalqının qədim sivilizasiyasının beşiklərindən biri olduğunu nümayiş etdirir. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır. Bu torpaqda 1000-dən çox tarixi abidənin mövcud olması və onlardan 60-a yaxın abidənin dünya əhəmiyyətli olması öz-özlüyündə Naxçıvanın qədim tarixinin göstəricisidir.

“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Gəmiqaya rəsmləri, “Naxçıvanqala”, “Nuh“ türbəsi, “Qarabağlar”, “Yusif Küseyiroğlu”, “Möminə xatın” türbələri, Əlincəqala və digər abidələrin xüsusi bir özəlliyi ondadır ki, bu tarixi irs nümunələri həm maddi-mənəvi baxımdan, həm də dini inanc baxımından müqəddəs dəyərlərlə bağlıdır. Məhz bu amillər Bakının İslam Mədəniyyətinin Paytaxtı kimi qeyd edildiyi 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmasına dair qərar qəbul edilməsini şərtləndirmişdir. Həmin qərar Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Fürsətdən istifadə edərək bu müdrik qərarı verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, bu təşəbbüsə yüksək dəstəyini göstərən cənab Əbdüləziz Osman əl-Tuveycriyə bütün mədəniyyət ictimaiyyəti adından minnətdarlıq edirəm. Ölkə Prezidentinin qərarı ilə Təşkilat Komitəsi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sədrliyi ilə Təşkilat Komitəsi tərəfindən mühüm işlər görülmüşdür.

Naxçıvan həm tarixi-mədəni abidələri, həm müasir inkişafı, həm də müdrik və ziyalı insanları ilə tanınır. Lakin bu torpaq Azərbaycan xalqı üçün, böyük islam dünyası üçün təkcə abidələri ilə deyil, eyni zamanda, xalqımızın ümummilli lideri Heydər Əliyevin vətəni kimi doğma və əzizdir.

Təbii ki, islam mədəniyyətindən və tarixindən danışarkən biz İslam Elm, Təhsil, Mədəniyyət Təşkilatının rolunu xüsusi qeyd etməliyik. Azərbaycan Respublikası 1991-ci ildən ISESCO-nun üzvüdür. 1991-ci ildə qurulmuş və bu münasibətlə cənab Prezidentin müdrik siyasəti, ölkəmizin 1-ci Vitse-prezidenti, respublikamızın birinci xanımı Mehriban Əliyevanın 2006-cı il 24 noyabr tarixində ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu təşkilatın dəstəyi ilə ölkəmizdə son 10 ildə islam ölkələrinin mədəniyyət, təhsil, ailə və qadın məsələləri üzrə nazirlər konfransları, ISESCO-nun baş konfransı və icraiyyə şurası, həmçinin cənab Prezidentin təşəbbüsü olan Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, İslam Həmrəylik Oyunları keçirilmişdir. Həmçinin son üç ildə ölkəmiz ISESCO-nun baş konfransına sədrlik edir. Bu amillər cənab Prezident tərəfindən 2016-cı ildə Azərbaycan Respublikasının ISESCO üzrə Milli Konfransının yaradılmasına dair xüsusi Sərəncam imzalanmasına, eyni zamanda, İslam dünyası ilə dərin və sıx əlaqələrin olması 2017-ci ilin isə İslam Həmrəylik İli elan edilməsinə töhfə vermişdir. Bu faktlar bir daha sübut edir ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda, Müsəlman İntibahının bərqərar olunmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Həm Naxçıvan, həm də Azərbaycanın digər bölgələrində müsəlman şiə və sünniləri arasında heç bir dini və mədəni ziddiyyət mövcud deyildir və bu birgəyaşama mədəniyyəti dünya üçün bir nümunədir. Naxçıvanda bu sahədə mövcud olan çoxəsrlik tolerant mühit onun islam mədəniyyəti paytaxtları arasında xüsusi yerini müəyyən edir. Bütün bunlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlıq edirik.

Sonda Naxçıvan Dövlət Filarmoniyasının konserti olub.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbiri “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in rəsmi internet səhifəsi olan imp.nakhchivan.az saytında, Naxçıvan Dövlət Televiziyasında və “Nuhçıxan” İnformasiya Agentliyinin nuhcixan.az saytında canlı yayımlanıb.

***

Həmin gün “Araz” Dövlət Qəbul Evində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbirində iştirak üçün Naxçıvana gəlmiş qonaqların şərəfinə rəsmi ziyafət verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb