Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanovla görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Ali Məclisin Sədri Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibinin Naxçıvana səfərinin əhəmiyyətindən danışıb. Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü zamanı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında sazişin imzalandığını və Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətinə dəstək verildiyini xatırladan Ali Məclisin Sədri türkdilli ölkələr arasında əlaqələrin inkişafında Naxçıvanın rolunu diqqətə çatdırıb.
Naxçıvana ilk dəfə səfər etdiyini bildirən Jandos Asanov göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib, Azərbaycanın bu qədim diyarının türkdilli ölkələr üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Baş katib Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafının məmnunluq doğurduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]