“Naxçıvan Muxtar Respublikası ölkənin milli iqtisadi quruculuq proseslərində” kitabı çapdan çıxıb
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu iqtisadiyyat şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımovun “Naxçıvan Muxtar Respublikası ölkənin milli iqtisadi quruculuq proseslərində” kitabı çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, kitabda müəllifin ölkənin aparıcı KİV-lərində dərc edilən, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı haqqında məqalələrinin bir qismi yer alıb. Bundan əlavə, nəşrdə muxtar respublikada əmək ehtiyatlarından istifadə məsələləri, işsizliyin azaldılması, məşğulluq səviyyəsinin yüksəldilməsi, qeyri-neft sektorunun inkişaf mexanizmləri, bölgənin turizm perspektivləri, iqtisadiyyatın sahə strukturunun əlaqəli inkişafı və bir çox aktual tədbirlərin həyata keçirilməsində dövlət siyasətinin səmrəliliyindən söz açılır.
Vəsaitdə muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri diaqramlar və təhlil nəticələrini əks etdirən şəkillərlə oxuculara çatdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]
Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb
- 11.06.2026 [16:23]