Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd olunub

Naxçıvan, 16 iyul, AZƏRTAC

İyulun 16-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rəssamlar Birliyinin 50 illik yubileyini muxtar respublikanın ictimai-mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirib, bu münasibətlə rəssamları, sənətsevərləri və ictimaiyyət nümayəndələrini təbrik edərək deyib: Naxçıvan rəssamlıq məktəbinin qədim və zəngin tarixi vardır. Bu məktəbin görkəmli nümayəndələri təsviri sənətin müxtəlif janrlarında tariximizi, abidələrimizi, milli-mənəvi dəyərlərimizi, təbiətimizi, xalqımızın həyatını əks etdirməklə böyük mədəniyyət salnaməsi yaratmışlar. Azərbaycan realist rəssamlığının əsasını qoymuş Bəhruz Kəngərlinin, teatr rəssamlığının inkişafında mühüm xidmətləri olan Şamil Qazıyevin və digər rəssamların əsərləri Naxçıvanın dünəni ilə bu günü arasında mədəni bağlardır.

Ali Məclisin Sədri deyib: Mədəniyyətin və incəsənətin inkişafını daim diqqət mərkəzində saxlayan, “Azərbaycan rəssamlarının yaratdıqları əsərlər xalqımızın mədəni-mənəvi irsidir”, - deyən ümummilli liderimiz Heydər Əliyevin himayəsi ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı, 2000-ci ildə isə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılmışdır. Ötən dövrdə Naxçıvan rəssamlıq sənəti böyük inkişaf yolu keçmişdir. Müstəqillik illərində Rəssamlar Birliyi üçün yeni bina, sərgi salonu və emalatxana istifadəyə verilmişdir. Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi və Rəssamlar Parkı yaradılmış, Bəhruz Kəngərlinin 120, Şamil Qazıyevin 110, İbrahim Səfiyevin 120 illik yubileyləri dövlət səviyyəsində qeyd edilmişdir.

“Bu gün Naxçıvan rəssamlıq sənəti varislik ənənələri əsasında inkişaf etdirilir”, - deyən Ali Məclisin Sədri bildirib ki, Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət müəllimliyi və Rəngkarlıq, Naxçıvan Müəllimlər İnstitutunda isə Təsviri incəsənət müəllimliyi ixtisasları açılmışdır. Hazırda həmin ixtisaslar üzrə, ümumilikdə 226 tələbə təhsil alır. Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin, incəsənət və bədii sənətkarlıq məktəblərinin rəsm dərnəklərində də 600-ə yaxın uşaq və gənc rəsm sənətinin sirlərini öyrənir. Eyni zamanda Naxçıvan Dövlət Rəsm Qalereyasında dəyərli rəsm əsərləri mühafizə, təbliğ və nümayiş olunur. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən Naxçıvan rəssamlıq məktəbinin tarixi ilə bağlı elmi tədqiqatlar aparılır. Bir sözlə, 59 üzvü olan Rəssamlar Birliyi hərtərəfli qayğı ilə əhatə olunub, rəssamların yaradıcılıq imkanları xeyli genişləndirilib. Ötən 10 ildə ölkədaxili və beynəlxalq səviyyəli 400-ə yaxın sərgidə naxçıvanlı rəssamların 8 mindən artıq əsəri nümayiş etdirilib, 5 dəfə “Naxçıvan - bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalı keçirilib, albom-kataloqlar nəşr olunub. Muxtar respublika rəssamlarının əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Birlik üzvlərindən 1-i Azərbaycan Respublikasının Xalq rəssamı, 5-i Azərbaycan Respublikasının, 9-u Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, 1-i isə Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb, rəssamlar Prezident mükafatı, medal və nişanlarla təltif edilib.

Ali Məclisin Sədri deyib: Hər bir ölkənin tarixi və mədəniyyəti yalnız kitablarda deyil, həm də rəsm əsərlərində yaşayır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Rəssamın həm həyatı, həm də yaradıcılığı, əsərləri, mədəni və mənəvi irsi xalqımızın bu günü və gələcəyi üçün mənəviyyat mənbəyidir”. Naxçıvanın zəngin təbiəti, qədim tarixi və müasir inkişafı rəssamlar üçün geniş yaradıcılıq imkanları açır. Ona görə də tariximizin və milli dəyərlərimizin təbliği, gənclərin vətənpərvərlik tərbiyəsi və günümüzün real mənzərəsinin yaradılması rəssamların yaradıcılığında xüsusi yer tutmalıdır.

Ali Məclisin Sədri bu yolda birlik üzvlərinə uğurlar arzulayıb, yubiley münasibətilə bir daha təbrik edib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış edərək deyib ki, qədim və zəngin tarixə malik olan Naxçıvan rəssamlıq sənəti Ali Məclis Sədrinin diqqət və qayğısı ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, yeni bina istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun aid ixtisasları hamiliyə götürülüb və gənc rəssamlarla mütəmadi olaraq görüş, tədbir və sərgilər keçirilib. Ötən il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin nəzdində Gənc Rəssamlar Bölməsi yaradılıb. Hazırda bölmənin 25 üzvü var. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il martın 2-də Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq olunub. 50 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində “Naxçıvan rəssamlıq sənətinin inkişafı” mövzusunda konfrans keçirilib, muxtar respublika rəssamlarının əsərlərindən ibarət 2 sərgi açılıb, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalı təşkil olunub, 66 rəssamın 71 əsərinin yer aldığı albom-kataloq nəşr edilib. Hazırda Naxçıvan rəssamlıq məktəbinin tanınmış nümayəndələri haqqında ensiklopedik nəşrin hazırlanması istiqamətində işlər davam etdirilir. Ülviyyə Həmzəyeva Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin göstərilən qayğıdan bəhrələnərək fəaliyyətini daha da gücləndirəcəyini bildirib.

Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisasının III kurs tələbəsi, gənc rəssam Türkan Əsədova çıxış edərək deyib: “Muxtar respublikada gənclərin təhsil alması, istedadlarının üzə çıxarılması və sağlam vətəndaş kimi böyüməsi üçün lazımi şərait yaradılıb. Mən də bu imkanlardan bəhrələnən gənclərdənəm. Rəssamlıq sənətinə böyük marağım var. Dövlətimiz tərəfindən göstərilən qayğı biz gənc rəssamlar üçün də geniş imkanlar açıb. 2016-2019-cu illərdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin üzvü olmuşam. 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisasına qəbul olmuşam. Hazırda həmin ixtisasın III kurs tələbəsiyəm. Müxtəlif mövzularda çəkdiyim 40-a yaxın rəsm əsərim muxtar respublikada keçirilən sərgilərdə nümayiş olunub. 2020-ci ilin sentyabr ayından Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Gənc Rəssamlar Bölməsinin üzvüyəm. Təhsil aldığım ixtisasın Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən hamiliyə götürülməsi, gənc rəssamlarla mütəmadi olaraq görüş, tədbir və sərgilərin keçirilməsi peşəkarlığımızın artırılmasına mühüm töhfə verir”. Türkan Əsədova Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Gənc Rəssamlar Bölməsinin üzvləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olub. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında rəssamlıq sənətinin inkişafı sahəsində səmərəli fəaliyyətlərinə görə Əzimbəyova Leyla Behruz qızına, Qədimov Rafael Sabir oğluna və Məmmədov Sabir Duman oğluna Naxçıvan Muxtar Respublikasının “Əməkdar rəssamı” fəxri adı verilib.

Ali Məclisin Sədri fəxri adların döş nişanları və vəsiqələrini təqdim edib.

Rəssamlar əməklərinə verilən yüksək qiymətə görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Ali Məclisin Sədri və tədbir iştirakçıları Rəssamlar Birliyinin 50 illik yubiley sərgisinə baxıblar.

Məlumat verilib ki, sərgidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalının albom-kataloqu və 53 rəssamın 130 əsəri nümayiş etdirilir. Sərgidə rəssamların portret, peyzaj, kompozisiya və natürmort janrlarında çəkdikləri əsərlər, dəri üzərində yandırmalar, dekorativ-tətbiqi sənət nümunələri dərin məzmunu və yaradıcılıq xüsusiyyətləri ilə seçilir. Naxçıvanın zəngin təbiəti, qədim abidələri və müasir inkişafı rəssamlar tərəfindən peşəkarlıqla yaradılıb.

Sərgiyə baxış zamanı Ali Məclisin Sədri rəsm dərnəklərinin fəaliyyətinin gücləndirilməsi və varisliyin təmin olunması, hədiyyəlik rəsm və əl işlərinin hazırlanması barədə tapşırıqlar verib.

Ali Məclisin Sədri rəssamlarla xatirə şəkli çəkdirib, onlara fəaliyyətlərində bir daha uğurlar arzulayaraq deyib: Muxtar respublikada rəssamlıq sənəti böyük inkişaf yolu keçmişdir. Bu gün burada iştirak edən rəssamlar Naxçıvan rəssamlıq məktəbinin davamçılarıdır. 60-a yaxın birlik üzvünün olması inkişafın göstəricisidir. Naxçıvan həm təbiəti, həm tarixi, həm də müasir inkişafı ilə rəssamlar üçün geniş mövzudur. Realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərlinin həyat və fəaliyyətilə tanış olarkən onun bu sənəti necə çətinliklə yaşatdığının şahidi oluruq. Onun rəsmləri Azərbaycan Milli İncəsənət Muzeyində və Naxçıvanda adını daşıyan muzeydə sənət əsərləri kimi qorunub saxlanılır. Bu gün Naxçıvan Muxtar Respublikasında rəssamlar üçün hərtərəfli şərait yaradılmışdır. 50 illik yubileyin qeyd edilməsi də rəssamlıq sənətinə göstərilən dövlət qayğısıdır. Sərgidə müxtəlif janrlarda və realist üslubda çəkilmiş, eləcə də beynəlxalq sərgilərdə nümayiş oluna biləcək əsərlər nümayiş olunur. Bu da Bəhruz Kəngərli məktəbinin davam etdirildiyini göstərir. Rəssamlıq sənəti bundan sonra da inkişaf etdirilməli, yaşadılmalı, Naxçıvan bu əsərlər vasitəsilə dünyaya tanıdılmalıdır. Çünki incəsənət məxsus olduğu yerin mədəniyyətinin göstəricisidir.

Ülviyyə Həmzəyeva rəssamların daim dövlət qayğısını üzərlərində hiss etdiklərini bildirib, birlik üzvləri adından minnətdarlıq edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib