Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafına dövlət dəstəyi davam etdirilir - İCMAL

Naxçıvan, 5 noyabr, AZƏRTAC

Dövlət Proqramının icrası uğurlu nəticələr verib

Muxtar respublikanın əlverişli iqlim şəraiti kənd təsərrüfatının əhəmiyyətli sahələrindən olan meyvəçiliyin və tərəvəzçiliyin inkişafına da şərait yaradır, meyvə və tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi ilə bağlı tədbirlər uğurla davam etdirilir. Görülən işlər yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik məhsulların istehsalı ilə nəticələnir ki, bu da muxtar respublika əhalisinin sağlamlığının qorunması və rifahının yüksəldilməsi deməkdir. Həyata keçirilən tədbirlərin kompleks xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın mühüm rolu var.

Aqrar sektorun inkişafında başlıca amil olan meliorasiya sahəsi daim diqqətdə saxlanılır

Kənd təsərrüfatının inkişafında başlıca amil olan meliorasiya sahəsi muxtar respublikada son illər ən çox diqqət göstərilən sahələrdəndir. Proqramın icrası istiqamətində də meliorasiya tədbirlərinin həyata keçirilməsi meyvəçiliyin və tərəvəzçiliyin səmərəli inkişafına təkan verməkdədir. Bu tədbirlərin uğurla reallaşdırılması üçün ən mühüm şərtlərdən biri müasir standartlara cavab verən texnoloji avadanlıqların tətbiq edilməsidir. Avqustun 28-də Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 17 adda 67 müxtəlif təyinatlı yeni maşın, texnika və avadanlıq təqdim olunub. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri deyib: “Yeni texnika təqdimatı keyfiyyətli və bol məhsul istehsalında əsas amildir. Suvarma işləri və aqrotexniki tədbirlər də vaxtında həyata keçirilərsə, torpaqlardan bol məhsul götürülər. Bu gün muxtar respublikada yeni qapalı suvarma şəbəkələri qurulur. Yeni texnika və avadanlıqlardan həmin işlərin həyata keçirilməsində də istifadə olunacaqdır. Bütün bunlar isə kənd təsərrüfatının inkişafına mühüm töhfədir”. Dövlət proqramının icrasına uyğun olaraq üçüncü rübdə torpaqların su təminatının yaxşılaşdırılması üçün suvarma şəbəkələrinin tikintisi diqqətdə saxlanılmışdır. Ümumilikdə, iyul-sentyabr aylarında muxtar respublikada 1070 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 55,81 kilometr müxtəlif diametrli borularla xətt çəkilib, 545 supaylayıcı hovuz, 545 hidrant quraşdırılıb, 32,21 kilometr kanallarda, 43,39 kilometr arxlarda lildən təmizləmə işləri yerinə yetirilib.

İstifadədən kənarda qalmış torpaq sahələrində meyvə bağlarının salınmasına maraq artıb

Torpağın məhsuldarlığının və əkinçilik mədəniyyətinin yüksəldilməsi məhsul bolluğuna nail olmağın əsas vasitələrindəndir. Ekoloji cəhətdən münbitliyin artırılması, o cümlədən torpağın eroziyası ilə mübarizə mühüm əhəmiyyət kəsb edən məsələdir. Dövlət proqramında da bu istiqamətdə tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar nəzərdə tutulub. Üçüncü rübdə kənd təsərrüfatı istifadəsindən kənarda qalmış torpaq sahələrində meyvə bağlarının salınmasına ictimai marağın artırılması məqsədilə 6 maarifləndirici tədbir keçirilib. Əkinçilikdə yüksək məhsuldarlığın təmin edilməsi istiqamətində hazırlanmış 350 buklet iri fermer və ailə təsərrüfatlarına paylanıb. Şərur rayonunun Xanlıqlar, Ələkli, Dərvişlər, Çəmənli, Kosacan və Siyaqut kənd bələdiyyələri üzrə torpaqların qida maddələri ilə təminolunma kartoqramları hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Həmçinin Dizə, Axura, Havuş, Həmzəli, Gümüşlü, Kəngərli rayonunun Yurdçu, Qabıllı, Çalxanqala, Yeni Kərki, Ordubad rayonunun Çənnəb, Üstüpü, Aza, Babək rayonunun Şıxmahmud, Yuxarı Uzunoba, Şahbuz rayonunun Biçənək, Aşağı və Yuxarı Qışlaq kənd bələdiyyələri üzrə işçi planları hazırlanaraq torpaq analizlərinin aparılması üçün “Araz” Elm-İstehsalat Birliyinə təhvil verilib. Şərur, Babək, Culfa və Sədərək rayonlarında, ümumilikdə, 186,5 hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb. Əkin atlaslarına uyğun əkin aparılması məqsədilə sentyabrın 30-da Şərur rayonunda maarifləndirici tədbir keçirilib.

Gübrə, toxumluq taxıllar, ting və şitillər gömrük ödənişi tətbiq edilmədən gətirilir

Muxtar respublikada aqrar sektora göstərilən dövlət dəstəyi əsas etibarilə bu sahədə intensiv inkişafın təmin olunmasına və məhsuldarlığın yüksəldilməsinə şərait yaradır. Çünki kənd təsərrüfatı potensialından məqsədəuyğun istifadə dayanıqlı inkişafın əsas şərtlərindəndir. Üçüncü rübdə muxtar respublikaya 65 min kiloqram gübrənin, 4 min kiloqram toxumluq arpanın, 17 min kiloqram toxumluq buğdanın, 45 min 900 tərəvəz şitilinin və 6 min 250 müxtəlif tingin gömrük ödənişi tətbiq edilmədən gətirilməsi bu sahəyə göstərilən qayğının bariz nümunəsidir.

Soyuducu anbarların yaradılması davam etdirilir

Meyvə-tərəvəz məhsullarının tədarükü və saxlanılması ilin bütün fəsillərində əhalinin bu məhsullara olan tələbatının yerli istehsal hesabına ödənilməsi deməkdir. Bu mənada, muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biri də soyuducu anbarların yaradılmasıdır. Dövlət proqramının icrasına uyğun olaraq bu sahədə dövlət maliyyə dəstəyi əhəmiyyətli rol oynamaqdadır. Üçüncü rübdə dövlət maliyyə dəstəyi hesabına Şərur rayonunda ümumi tutumu 200 ton olan 1 soyuducu anbarın yaradılması başa çatdırılıb, ümumi tutumu 250 ton olan 1 soyuducu anbarın yaradılması davam etdirilib. “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumi tutumu 800 ton olan soyuducu anbarın layihə-smeta sənədləri hazırlanıb və tikintisinə başlanıb.

Təsərrüfatlar genişləndirilir, yeni təsərrüfatlar yaradılır

Muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən uğurlu tədbirlər sakinlərin əkin sahələrini, təsərrüfatlarını genişləndirmələri və yeni təsərrüfatlar yaratmaları, texnikalar almaları ilə nəticələnir. Cari ilin üçüncü rübündə də bu, müşahidə olunub. Belə ki, Culfa rayonunda göbələk istehsalı sahəsinin, Babək rayonunda 3 hektarda bostan bitkilərinin əkini başa çatdırılıb, Babək rayonunda 2 bağçılıq təsərrüfatının yaradılması, Şahbuz rayonunda 1 bağçılıq təsərrüfatının fəaliyyətinin stimullaşdırılması davam etdirilib. Ordubad rayonunun Üstüpü kəndində fəaliyyət göstərən 1 ailə təsərrüfatçısına əkin sahələrinə aqrotexniki qaydada qulluğun göstərilməsi və kənd təsərrüfatı texnikasının alınması məqsədilə 15 min manat dövlət maliyyə dəstəyi göstərilib. Meyvəqurutma sahəsi ilə bağlı hazırlanmış 3 layihənin təqdimatı keçirilib, Şərur rayonunun Oğlanqala kəndində 1 istixana təsərrüfatının fəaliyyətə başlaması təmin olunub.

Yüksək keyfiyyətli məhsullar istehsal edilir

Məhsulun yüksək keyfiyyəti satışı və rentabelliyi artırır, ixrac potensialının yüksəlməsinə təkan verir. Bu da əhalinin rifah halının və həyat səviyyəsinin daha da yaxşılaşdırılması ilə nəticələnir. Ona görə də kənd təsərrüfatı məhsullarının keyfiyyətinin nəzarətdə saxlanılması xüsusi əhəmiyyət daşıyır. Dövlət proqramının icrası məqsədilə iyul-sentyabr aylarında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 53 halda meyvə-tərəvəz məhsullarından orta nümunələr götürülərək laboratoriya analizlərinə cəlb edilib. Keyfiyyət göstəricilərinin 52 nümunədə tələblərə cavab verdiyi, 1 nümunədə isə aşağı səviyyədə olduğu müəyyən edilib və nəticəsi barədə qanunvericiliyə uyğun tədbir görülüb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər üzrə məhsulların 91 halda keyfiyyət və ya təhlükəsizlik göstəriciləri yoxlanılıb, 2 halda sertifikatlaşdırma həyata keçirilib.

Dövlət əhəmiyyətli tədbirlərin həyata keçirilməsi ilə sağlam rəqabət mühitinin yaradılması və kənd təsərrüfatı məhsullarının kütləvi istehsalı dövründə daxili bazarın qorunması iqtisadi artımı dayanıqlı edən başlıca amillərdən hesab olunur. Üçüncü rübdə proqramın icrası istiqamətində Nаxçıvаn şəhəri, Xətаi küçəsində yеrləşən Mərkəzi Bаzаrda hər həftənin şənbə və bazar günləri təşkil edilən yarmarkalar istehsal olunan məhsulların satışına hərtərəfli şərait yaradıb. Keçirilən yarmarkalarda ailə təsərrüfatları ilə yanaşı, 25 yerli istehsal müəssisəsinin iştirakı təmin edilib.

Ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə aparılır

Meyvə-tərəvəz təsərrüfatlarında ziyanverici və xəstəliklərin mövcudluğu məhsuldarlığın azalması təhlükəsi yaradır. Belə fəsadların qarşısının alınması üçün mübarizə tədbirlərinin vaxtında aparılması itkilərin sayını minimuma endirir. Bu istiqamətdə üçüncü rübdə “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi və rayon bazalarında yerləşən apteklərdə 150 kiloqram bitki mühafizə dərmanlarının satışı həyata keçirilib. Bunlarla yanaşı, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının dəstəklənməsi, genetik modifikasiya olunmuş məhsulların muxtar respublikaya idxalının və dövriyyəsinin qarşısının alınması məqsədilə 3 maarifləndirici buklet hazırlanıb, ailə təsərrüfatlarına paylanması üçün şəhər və rayon icra hakimiyyətlərinə təqdim edilib.

Əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilir

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatının, əsasən, yerli istehsal hesabına ödənilməsinə səbəb olur. Eyni zamanda Naxçıvan artıq yerli və keyfiyyətli meyvə-tərəvəz məhsullarının ixrac potensialına malikdir. Bu isə meyvəçiliyin və tərəvəzçiliyin muxtar respublikanın kənd təsərrüfatı sahəsində mühüm rola malik olduğunu göstərir.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər