NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ENERJİ TƏCHİZATI YAXŞILAŞIR
“Azərenerji” SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari ilin iyul ayı ərzində Naxçıvan Muxtar Respublikasının energetika sisteminə 76 milyon kilovat-saatdan artıq elektrik enerjisi verilmişdir. Bunun 42 milyon kilovat-saatından çoxu İrandan və təxminən 30 milyon kilovat-saatı Türkiyədən alınmışdır. Muxtar Respublikadakı “Araz” SES-də 4 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunmuşdur.
2004-cü ilin son 7 ayı ərzində muxtar respublikanın energetika sisteminə təxminən 650 milyon kilovat-saat elektrik enerjisi daxil olmuşdur ki, bunun da 330 milyon kilovat-saatdan çoxu İrandan, qalanı Türkiyədən alınmışdır. Hesabat dövründə “Araz” SES-də isə 78 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [09:27]
Azərbaycan nefti 124 dollara satılır VİDEO
- 03.10.2026 [07:32]
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
- 02.10.2026 [19:00]