REGİONLAR
Naxçıvan şəhərinin əksər ərazilərinə suyun verilişi dayandırılıb
Naxçıvan, 9 yanvar, AZƏRTAC
Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsindən keçən, diametri 355 millimetr olan əsas magistral su xəttində qəza baş verib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qəzaya səbəb kimi borunun uzun müddət istismar edilməsi ehtimal olunur. Nəticədə şəhərin əksər ərazisinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb. Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.