Naxçıvana sərmayə cəlb olunması üçün xarici və yerli investorlarla görüş keçirilir
Naxçıvan, 26 yanvar, AZƏRTAC
Xarici və yerli istehsalçının, eləcə də investorların Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, istehsalçı və investorların səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində təqdimat keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova, Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rahid Ələkbərli, "Azərbaycan Françayzinq Assosiasiyası"nın idarə heyətinin sədri Camid Mövsümov iştirak edirlər.
Tədbirin məqsədi Naxçıvanın iqtisadi imkanlarından səmərəli istifadə, ayrı-ayrı sahələr üzrə investisiyaların cəlb olunmasıdır.