Naxçıvanda ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb
Naxçıvan, 25 may, AZƏRTAC
Şahbuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan-Batabat yolunun Biçənək kəndi ərazisində baş verib. “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı Babək rayon Şəkərabad kənd sakinləri – 2014-cü il təvəllüdlü Fərhad Ceyhun oğlu Vəliyev, 2005-ci il təvəllüdlü Nuray Həsən qızı Həsənova, 2004-cü il təvəllüdlü Surə Zeynal qızı Zeynalova, 2003-cü il təvəllüdlü Nihad Həsən oğlu Həsənov, 2002-ci il təvəllüdlü Fərahim Ceyhun oğlu Vəliyev xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:40]
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO
- 09.06.2026 [15:32]
Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb
- 09.06.2026 [12:58]
Şəkidə taxıl biçininə start verilib
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:32]