Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib

Naxçıvan, 6 iyul, AZƏRTAC

İyulun 6-da Naxçıvanda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və iclas iştirakçıları əvvəlcə Naxçıvan Şəhər İcra Hakimiyyətinin foyesində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkil etdiyi “Elmdən təcrübəyə” sərgisinə baxıblar.

Sərgidə nümayiş olunan Naxçıvan duzu, muxtar respublikada istehsal olunan tikinti materialları nümunələri, “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyətində hazırlanan paketlənmiş dərman bitkiləri və kapsullar Naxçıvanın zəngin təbii sərvətlərindən, şəfalı florasından və onların hərtərəfli tədqiqindən xəbər verirdi. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin nümayiş etdirdiyi filiz və qeyri-filiz yataqlarını xarakterizə edən materiallar, Naxçıvan Muxtar Respublikasının faydalı qazıntılarına həsr edilmiş elmi-praktik əsər və monoqrafiyalar da sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universiteti əməkdaşlarının kitab və monoqrafiyaları, muxtar respublikada keçirilən beynəlxalq konfrans və simpoziumların materialları da sərgidə nümayiş etdirilirdi. “Qayıdış”, “Naxçıvan Muxtar Respublikasının yubileyləri”, “Naxçıvan ensiklopediyası”, “Naxçıvan mətbəxi”, “Naxçıvan folkloru antologiyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi” çoxcildliyinin birinci və ikinci cildləri, digər kitablar, naxçıvanlı alimlərin müəllifi olduğu sort və patentlər, muxtar respublikanın bitki örtüyü, heyvanlar aləmi və torpaq xüsusiyyətlərini əks etdirən xəritələr, Bioresurslar İnstitutu əməkdaşlarının hazırladığı dərman bitkiləri, yağ və ekstraktlar, Naxçıvan Dövlət Universiteti tələbələrinin hazırladıqları “Külək generatoru”, “Elektron işıqfor qurğusu”, “Səs generator aparatı”, “Elektron suvarma sistemi” və digər qurğu və avadanlıqlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. “Araz” Elm İstehsalat Birliyi Azərbaycan elminə və kənd təsərrüfatının inkişafına mühüm töhfələr verir. Birlikdə tədqiq olunan və sərgidə nümayiş etdirilən buğda, arpa, qarğıdalı, tez yetişən kartof və müxtəlif meyvə sortları muxtar respublika iqliminə uyğunluğu və yüksək məhsuldarlığı ilə seçilir.

Sərgi ilə tanışlıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası öz işinə başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasının keçirilməsinin Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin inkişafına göstərilən qayğının daha bir ifadəsi olduğunu bildirərək deyib: Ölkəmizdə elmin inkişafı həmişə diqqət mərkəzində olub. Görkəmli Azərbaycan şairi Nizami Gəncəvi on ikinci əsrdə elmin cəmiyyətdəki rolunu yüksək dəyərləndirərək: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” - deyirdisə, on doqquzuncu əsrdə böyük pedaqoq Məhəmməd Tağı Sidqi yazırdı: “Dünyada insanın vücudunun səmərəsi elm ilə hasil olur. Elmsiz insan meyvəsiz ağaca bənzər”. Həqiqətən də, cəmiyyətin inkişafını elmsiz təsəvvür etmək çətindir. Elm - inkişaf, yenilik, müasirlik, gələcəyə aparan yol deməkdir.

Ali Məclisin Sədri deyib: Bu gün Azərbaycan elmi özünün inkişaf mərhələsini yaşayır. Bu inkişafa görə elmimiz ulu öndər Heydər Əliyevə borcludur. Ümummilli Liderimizin ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq elmin inkişafı sistemli xarakter almışdır. Həmin dövrdə elm infrastrukturu müasirləşdirilmiş, yeni elm və tədris müəssisələri yaradılmış, elm adamlarına və alimlərə qayğı artırılmışdı. Azərbaycan tarixinə, mədəniyyətinə, dilinə aid elmi araşdırmalar genişləndirilmiş, fundamental əsərlər yaradılmış, Elmlər Akademiyasının fəaliyyəti gücləndirilmişdi. Ulu Öndərimizin bu dövrdə müəyyənləşdirdiyi elm siyasəti Azərbaycanın gələcəyinə, müstəqillik dövründə elmin inkişafına atılan mənəvi körpülər idi.

Ötən əsrin 70-ci illərində Naxçıvan Muxtar Respublikasında da elm inkişaf etdirilmiş, Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Elm Mərkəzi, Ordubad Təcrübə - Konstruktur Bürosu və Batabat Astrofizika Rəsədxanası yaradılmış, Naxçıvan Kompleks - Zona Təcrübə Stansiyası, Elmi Tədqiqat Baytarlıq Stansiyası və “Araz” Elm İstehsalat Birliyi təşkil olunmuş, elmi nəticələrin istehsalata tətbiqinə başlanılmışdı.

Qeyd olunub ki, xalqımızın böyük oğlu siyasi hakimiyyətdən istefa verəndən sonra elmin inkişafı diqqətdən kənarda qalmışdı. İş o yerə çatmışdı ki, hətta Azərbaycan Elmlər Akademiyasının ləğv olunması barədə təkliflər də səsləndirilirdi. Bu cür tendensiyalı yanaşma Elmlər Akademiyasının fəaliyyətini məhdudlaşdırmış, elmi işçilər ixtisar olunmuş, ölkədən “beyin axını”na yol verilmişdi. 1993-cü ildə Ümummilli Liderimizin ali hakimiyyətə qayıdışı Azərbaycan elmini məhv olma təhlükəsindən xilas etdi. Ölkəmizdə elmin inkişafı yeni mərhələyə qalxdı. Akademiyaya yüksək status verildi və bununla da inkişafın əsas təminatçısı kimi elmin rolu və əhəmiyyəti artırıldı. Ulu Öndərimizin elmin inkişafı sahəsində qəbul etdiyi mühüm qərarlardan biri də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin təsis edilməsidir. Bu müdrik qərardan sonra muxtar respublikada elmi-tədqiqat işləri gücləndirilib, Naxçıvanın tarixinin, arxeologiyasının, etnoqrafiyasının və təbii sərvətlərinin öyrənilməsi ilə bağlı tədqiqatlar aparılıbdır.

Ali Məclisin Sədri deyib: Elmi tədqiqatlar o vaxt ideyadan əməli işə keçir ki, onun reallaşmasına şərait yaradılsın. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında elm infrastrukturu tamamilə yenidən qurulub. Azərbaycan elmi qabaqcıl dünya təcrübəsi əsas götürülərək inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikasında da elmin iqtisadiyyata tətbiqi dayanıqlı inkişafın əsas şərtidir. Artıq muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar ciddi elmi-nəzəri əsaslara söykənir.

Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Naxçıvanda keçirilən iclasının Naxçıvanın zəngin təbii sərvətlərinin öyrənilməsi sahəsində yeni istiqamətlər açacağına, alim və tədqiqatçılarımızın əməyi nəticəsində muxtar respublikanın elmi potensialının daha da artacağına əminliyini bildirib, iclas iştirakçılarına bu işdə uğurlar, elmi tədqiqatlarda səmərəlilik arzulayıbdır.

İclasda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib ki, Azərbaycanın elmi potensialının böyük bir hissəsi Naxçıvanda cəmləşib, bu qədim diyar tarixən Azərbaycanın elm və təhsil mərkəzlərindən biri olub, burada görkəmli ziyalılar, elm və mədəniyyət xadimləri yetişibdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf xətti Naxçıvanı əsl inkişaf və tərəqqiyə qovuşdurub. Hazırda bu qədim Azərbaycan torpağında qədimliklə müasirlik vəhdət təşkil edir. Naxçıvanın inkişafı bir tərəfdən alimlərin qarşısında böyük imkanlar açır, digər tərəfdən onların qarşısında yeni vəzifələr qoyur. Son illər akademiyanın Naxçıvan bölməsinin maddi-texniki bazasının gücləndirilməsi, strukturunun, elmi prioritetlərinin müəyyənləşdirilməsi sahəsində də kompleks tədbirlər görülübdür. Artıq Naxçıvan Bölməsinin elmi nəticələrinin məhsulu olan akademik nəşrləri ölkəmizdə rəğbətlə qarşılanan qiymətli elmi əsərlərdir. Burada elmdən təcrübəyə istiqamətində görülən işlər bir nümunə gücündədir.

Qeyd olunub ki, Milli Elmlər Akademiyasında ölkəmizin sürətli inkişafı ilə həmahəng olan islahatlar aparılır. Son illər idarəetmə və təşkilati sistem əsaslı olaraq təkmilləşdirilib, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün bir sıra mühüm tədbirlər həyata keçirilibdir. 2014-cü il Akademiya üçün onunla əlamətdar olub ki, ölkə Prezidenti Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıbdır. Həmçinin ötən il Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Bakı Elm Festivalı, eyni zamanda Azərbaycan alimlərinin I Qurultayı keçirilib. Bu gün ölkəmizdə elm və təhsilin uğurlu inteqrasiyasına nail olmaq istiqamətində ardıcıl tədbirlər görülür. Artıq bu il ilkin olaraq 7 ixtisas üzrə akademiyada magistratura təhsili həyata keçiriləcəkdir. Akademiyanın Naxçıvan Bölməsi ilə Naxçıvan Dövlət Universiteti arasındakı uzunillik əməkdaşlıq təcrübəsi elm və təhsilin inteqrasiyası üçün bir nümunədir.

Akif Əlizadə muxtar respublikada elmin inkişafı sahəsində görülən işlərə və iclasın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə arxeologiya elminin inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademiyanın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyevə akademiyanın Fəxri fərmanını təqdim edib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin elmi prioritetləri və vəzifələri” mövzusunda çıxış edərək deyib ki, bölmənin tərkibində 4 elmi tədqiqat institutu, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası fəaliyyət göstərir. Son illər yeni binaların istifadəyə verilməsi, yaradılan şərait əməkdaşların fəaliyyətini xeyli yaxşılaşdırıb. Bu günə qədər muxtar respublikada 50-dən artıq beynəlxalq səviyyəli konfrans və simpozium keçirilib. Əlyazmalar Fondunda 457 əlyazma və qədim kitablar toplanıb. Hazırda Bölmədə 5 ixtisas üzrə 2 Dissertasiya Şurası fəaliyyət göstərir. Son illər 158 nəfər fəlsəfə doktoru, 34 nəfər isə elmlər doktoru dissertasiyası müdafiə edib.

“Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” mövzusunda məruzə edən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov deyib ki, muxtar respublikanın biomüxtəlifliyinin öyrənilməsi üçün zəruri şərait yaradılıb. Bioresurslar İnstitutunun əməkdaşları mütəmadi olaraq mövcud sahələrdə dənli-taxıl, paxlalı, meyvə-giləmeyvə, bostan-tərəvəz və digər istiqamətlərdə elmi-tədqiqat işləri aparırlar. Hazırda muxtar respublika ərazisində 2900 növdən çox yabanı ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər yayılıb. Bu da 5000-ə yaxın ölkə florası növlərinin 58 faizini təşkil edir. Azərbaycan Respublikasında mövcud olan 638 növ onurğalı heyvanın da 61 faizi muxtar respublika ərazisində yaşayır. Muxtar respublikanın flora biomüxtəlifliyinə daxil olan 1200-dən çox faydalı və 800 növə yaxın dərman bitkisi vardır. Aparılan ən mühüm işlərdən biri də bu dərman bitkilərinin öyrənilməsi və istifadəsi istiqamətində olubdur.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademiyanın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyev “Naxçıvanın arxeoloji abidələrinin öyrənilməsi” mövzusunda məruzə edib. Qeyd olunub ki, Naxçıvan antik, orta əsrlər və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il tarixli sərəncamı abidələrin qeydiyyata alınmasında və qorunmasında mühüm əhəmiyyət kəsb edib. Sərəncamın icrası ilə əlaqədar aparılan tədqiqatlar nəticəsində muxtar respublika ərazisində 1200-dən çox tarix və mədəniyyət abidəsi qeydə alınıb ki, onların da əksəriyyəti arxeoloji abidədir.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında müzakirə olunan məsələlərə dair qərar qəbul olunub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır