Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi qeyd olunub

Naxçıvanda Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi qeyd olunub

Naxçıvan, 22 iyul, AZƏRTAC 

İyulun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün milli mətbuatımızın yaranmasından 145 il ötür. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə milli mətbuatımızın əsası qoyulmuşdur. Eyni zamanda, 22 iyul dövlətçilik tariximizdə əlamətdar gün kimi qeyd olunur. 1990-cı il iyulun 20-də ümummilli liderimiz Heydər Əliyev Moskvadan Bakıya, iki gün sonra - iyulun 22-də isə Naxçıvana gəlmiş, xilaskarlıq missiyasına buradan başlamışdır.

Ali Məclisin Sədri hər iki əlamətdar gün münasibətilə tədbir iştirakçılarını, onların timsalında muxtar respublikanın bütün mətbuat işçilərini və əhalisini təbrik edib.

Ali Məclisin Sədri deyib: Milli mətbuatımızın əsası 145 il bundan əvvəl qoyulsa da, müstəqil mətbuatımız Ümummilli Liderimizin muxtar respublikaya rəhbərlik etdiyi dövrdə Naxçıvanda yaradılmışdır. Ulu Öndərimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra isə Azərbaycanda mətbuatın inkişafı sahəsində əsaslı işlər görülmüş, dövlət-mətbuat münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Ümummilli Liderimizin yolunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti mətbuatın inkişafına da xüsusi qayğı göstərir. Artıq ölkəmizdə xalqının taleyini, dövlətinin bu gününü və gələcəyini düşünən, dünyada gedən prosesləri təhlil edən, milli mənafeyimizi qoruyan mətbuat ordusu formalaşmışdır. Ölkə Prezidentinin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamında da deyildiyi kimi, “Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır”.

Ali Məclisin Sədri deyib: Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da mətbuatın inkişafı sahəsində mühüm işlər görülmüşdür. Bu gün Naxçıvanda “Şərq qapısı”, 8 şəhər və rayon qəzeti, elm və ali təhsil müəssisələrinin qəzetləri, 3 televiziya, 3 radio, 1 informasiya agentliyi və onlarla internet informasiya resursları, nəşriyyatlar, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası, Televiziya və Radio Şurası fəaliyyət göstərir ki, bunlar da öz ətrafında 400-ə yaxın jurnalisti birləşdirir. Bu, böyük bir nailiyyət, yaradılan şəraitin, ən əsası isə birgə əməyin nəticəsidir.

Ali Məclisin Sədri muxtar respublikada mətbuatın formalaşmasında və inkişafında əməyi, fəaliyyəti olan bütün jurnalistlərə təşəkkürünü bildirib.

Ali Məclisin Sədri deyib: Mətbuat işçiləri dövrün salnaməsini yaradan və onu gələcəyə daşıyanlardır. Muxtar respublikada jurnalistlərin fəaliyyəti üçün yaradılan şərait qarşıya qoyulan vəzifələri yerinə yetirməyə imkan verir. Bu gün dünyada mövcud olan muxtar qurumların mətbuat sahəsinə nəzər saldıqda, müqayisə etdikdə bir daha aydın olur ki, muxtariyyət statusu bizdən daha çox olanlarda belə Naxçıvandakı qədər mətbuata qayğı göstərilmir, şərait yaradılmır. Bu da bizi qürurlandırır ki, muxtar respublikamızda vətənpərvər jurnalistlər ordusu formalaşıb. Televiziya, qəzet və digər media qurumları yaratmaq işin bir tərəfidir. Amma əsas məsələ onların səmərəli fəaliyyətinə nail olmaqdır. Bu gün muxtar respublikamızda mətbuat orqanlarının səmərəli fəaliyyəti digər media orqanlarının yaranması üçün əsas verir.

Qeyd olunub ki, muxtar respublikada peşəkar jurnalistlər formalaşdırmaq üçün Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası yaradılmışdır. Bu gün həmin ixtisası bitirən jurnalistlər artıq muxtar respublikanın mətbuat orqanlarında fəaliyyət göstərirlər. Mətbuata qayğı bundan sonra da davam etdirilməlidir. Çünki hər bir dövr haqqında məlumat əldə etmək üçün, ilk növbədə həmin dövrün mətbuatı araşdırılır. Ona görə də jurnalistlər bu günümüzün tarixini yaratmağı bacarmalı, müqayisələr aparmalı, tarixə nəzər salınmalı, keçilən inkişaf yolu təhlil edilməli, milli dəyərlərimiz yaşadılmalı, qəzet və teleradiolar ictimai nəzarət funksiyasını uğurla yerinə yetirməlidirlər. Mətbuat orqanları ictimai nəzarət funksiyasını həyata keçirən təşkilatlardır. “Şərq qapısı” qəzetində “Dünən və bu gün” rubrikasında dərc olunan yazılar, Naxçıvan Dövlət Televiziyasında hazırlanan “Zəhmətkeş” verilişi nümunə gücündədir. Bu gün artıq muxtar respublikada medianın bütün sahələri üzrə jurnalistlər formalaşmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi yaradıcılıq müsabiqəsinə təqdim olunan materiallar və seçilən qaliblər də bunu bir daha təsdiq etdi.

Ali Məclisin Sədri müsabiqə qaliblərini, xüsusilə birinci yeri tutanları təbrik edərək deyib: Birinci yerə layiq görülən Mehriban Sultanovanın “Siyasi varislik əzmi” məqaləsi və Mətanət Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi” kitabı peşəkarlıqla işlənmişdir. Bunlar gənc jurnalistlərin formalaşmasında mühüm əhəmiyyət daşıyır. Yaxşı jurnalistikanın əsasını, mətbuatın əsasını publisistika təşkil edir. Buna görə də bu sahədə nailiyyətlərin olması yaxşı nəticədir.

“Muxtar respublikanın mətbuat işçiləri ilə fəxr edirəm”, - deyən Ali Məclisin Sədri Naxçıvanda bütün yaşayış məntəqələrində sürətli internetə və informasiyaya çıxış imkanlarının yaradıldığını bildirib, düzgün informasiya siyasətinin həyata keçirilməsində və jurnalistlər arasında varisliyin təmin olunmasında mətbuat işçilərinə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək deyib ki, son 3 ildə muxtar respublikanın kütləvi informasiya vasitələrinin maddi-texniki bazalarının gücləndirilməsi məqsədilə 500 min manata yaxın vəsait ayrılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 iyul 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. Bu il yanvarın 13-də Dəstə Radio-Televiziya Verici Stansiyası yenidənqurmadan sonra istifadəyə verilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 fevral 2020-ci il tarixli Sərəncamı ilə Radio-Televiziya Ötürücü Mərkəzi Publik Hüquqi şəxsi yaradılıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 fevral 2020-ci il tarixli Sərəncamı ilə Radio-Televiziya Ötürücü Mərkəzi Publik Hüquqi şəxsin Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun tabeliyinə verilib, redaksiyanın yeni nizamnaməsi və ştat strukturu təsdiq olunub. Mart və iyun aylarında “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin, “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyinin, eləcə də Televiziya və Radio Verilişləri Redaksiyasının əməkdaşlarına 1 aylıq əməkhaqlarının 50 faizi məbləğində mükafat verilib. “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyinin binasında yenidənqurma və təmir işləri aparılıb, yeni havalandırma sistemi qurulub, nəşriyyat üçün 76 min manat dəyərində rəngayırma avadanlığı alınıb gətirilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə bu il Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə 91 min manat dəyərində 12 adda 22 yeni çəkiliş və efir avadanlığı, eləcə də 2 xidməti və çəkiliş avtomobili alınıb, aprelin 17-də kollektivə təqdim edilib. Eyni zamanda, “Şərq qapısı” qəzetinə 3700 manat dəyərində yeni avadanlıqlar alınıb verilib. Muxtar respublikada fəaliyyət göstərən qəzetlərə maliyyə güzəştləri tətbiq edilir, nəşriyyat xərcləri dövlət tərəfindən qarşılanır. 2020-ci ildə “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin çapı üçün “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyinə 50 min manata yaxın vəsait ayrılıb. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən 2020-ci ilin birinci yarısında “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin, Televiziya və Radio Verilişləri Redaksiyasının maliyyələşdirilməsinə 280 min manatdan artıq vəsait ayrılıb. Fond tərəfindən fevral-iyul aylarında Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi münasibətilə ümumi mükafat fondu 5800 manat olan yaradıcılıq müsabiqəsi keçirilib, müsabiqəyə 48 müəllif tərəfindən 57 material təqdim edilib, iyulun 20-də qalib olmuş 12 iştirakçı mükafatlandırılıb.

Ülvi Hüseynli deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 iyul 2020-ci il tarixli Sərəncamı ilə 22 iyul Milli Mətbuat Günü münasibətilə muxtar respublikanın kütləvi informasiya vasitələri əməkdaşlarına 1 aylıq əməkhaqlarının 50 faizi məbləğində mükafat verilib, eləcə də Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşları Məmmədli Aysun Əsgər qızı və İsmayıllı Razim Rafiq oğlu səmərəli fəaliyyətlərinə və gənc ailə olmalarına görə Babək şəhərindəki yeni yaşayış binasında ikiotaqlı mənzillə təmin olunublar.

Ali Məclisin Sədri yeni mənzilin orderini Aysun Məmmədli və Razim İsmayıllıya təqdim edib, xatirə şəkli çəkdirilib.

Aysun Məmmədli deyib: “Gənc jurnalist kimi fəaliyyətimiz üçün hər cür şərait yaradılıb. Qayğı ilə əhatə olunmuşuq. Lakin hər bir gəncin arzusu mənzil sahibi olmaqdır. Bu gün bizə yeni mənzilin verilməsi həm də gəncliyə göstərilən qayğıdır. Səmimi qəlbdən minnətdarlığımızı bildiririk. Çalışacağıq ki, göstərilən etimadı layiqincə doğruldaq”.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxış edərək deyib ki, muxtar respublikada aparılan quruculuq tədbirləri kütləvi informasiya vasitələrini də əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı muxtar respublika mətbuatını yeni inkişaf müstəvisinə çıxarıb. Bu gün muxtar respublikanın paytaxtının və hər bir rayonun özünün yüksək poliqrafik keyfiyyətlə çap olunan, dövriliyi təmin edilən və müasir iş şəraiti yaradılan mətbuat orqanı vardır. Eyni zamanda, Naxçıvan Dövlət Universitetində jurnalistika və kitabxanaçılıq kafedrası fəaliyyət göstərir, hər il onlarla tələbə burada təhsil alır. Ümumilikdə bu ixtisasın ötən dövrdə 200-ə yaxın məzunu olub. Hazırda 44 tələbə Naxçıvan Dövlət Universitetində jurnalistika ixtisası üzrə təhsillərini davam etdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 18 may tarixli Sərəncamına əsasən muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifələrin təsis olunması, son illər bu sahədə keçirilən müşavirələr və Ali Məclis Sədrinin qarşıya qoyduğu vəzifələrin icrası dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsasını qoyub. Rövşən Hüseynov mətbuat işçiləri adından minnətdarlıq edib.

“Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova deyib ki, böyük maarifçilik ənənələrinə malik Naxçıvanda mətbuatın bir əsrə yaxın qədim və zəngin tarixi vardır. 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulub. Ötən əsrin 70-80-ci illərində “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri, qəzetin 50 illik yubileyində “Şərəf nişanı” ordeni ilə təltif olunması həmin dövrdə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyevin mətbuata böyük qayğısının təzahürü idi. “Şərq qapısı” qəzeti XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşüb. Ümummilli Liderin “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibəsi də qəzetin fəaliyyət tarixində şanlı səhifədir. Son 25 ildə muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoyub. 2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılıb. 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Şərq qapısı”nın 90 illik yubileyi münasibətilə redaksiyanın kollektivi ilə görüşüb, qəzet Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilib, bir əməkdaş mənzillə təmin olunub. Mehriban Sultanova mətbuatın yaxın dostu və himayədarı kimi Ali Məclisin Sədrinə “Şərq qapısı” qəzetinin kollektivi və bütün jurnalist həmkarları adından minnətdarlığını bildirib.

“Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Fizzə Bağırova minnətdarlıq edərək deyib: “Naxçıvan mediası çoxcəhətli inkişaf yolu keçərək müasir mərhələyə gəlib çatıb. Əgər bu gün Naxçıvanın informasiya blokadasını yardığını qürurla deyə biliriksə, bu reallığın arxasında mediaya gündəlik qayğı dayanır. 2018-ci ildə Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə yaradılan “Nuhçıxan” İnformasiya Agentliyi muxtar respublikada baş verən hadisələri, ölkə və dünya əhəmiyyətli yenilikləri geniş oxucu və izləyici kütlələrinə çatdırır. Fəaliyyəti dövründə 31 mindən artıq xəbər hazırlanaraq agentliyin saytında yerləşdirilib. Hazırda agentliyin sosial şəbəkə izləyicilərinin sayı 500 mindən, aylıq giriş sayı isə 470 mindən çoxdur. Bu gün Naxçıvan mediasında təmsil olunan gənc jurnalistlərin əksəriyyəti müstəqilliyimizlə həmyaşıddır. Müstəqilliyimizin bəhrələri olan biz gənclər həm də ona görə xoşbəxtik ki, Ali Məclis Sədrinin qayğısı ilə əhatə olunmuş, müasir məktəb və universitetlərdə təhsil almış, yüksək iş şəraiti olan media orqanlarında əmək fəaliyyətinə başlamışıq. Naxçıvanda bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər isə özlüyündə təkcə mütəxəssis hazırlamayıb, həm də cəmiyyətimizə minlərlə vətənpərvər vətəndaş qazandırıb”.

Sonra tədbirdə iştirak edən media işçiləri minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio verilişləri Komitəsinin sədri Sahil Tahirli deyib ki, Naxçıvan mediasının, eləcə də Naxçıvan teleradiosunun inkişafı tam planlı şəkildə və uğurla həyata keçirilir. Bu gün ən müasir yayım və çəkiliş sistemlərinə malik olan Naxçıvan televiziyası və radiosu 19 saat bütün dünyaya yayımlanır, 140-dan çox ölkədə izlənilir. Hər həftə izləyicilərə rus və ingilis dillərində xəbər buraxılışlarının çatdırılması xarici ölkələrdən izlənməni daha da artırır. Bu hesaba qədim diyarın tarixi-mədəni irsi, turizm potensialı, sosial-iqtisadi həyatı geniş təbliğ edilir. Mediada aparılan tanıtım-təşviqat işlərinin nəticəsi olaraq, qədim diyara xarici ölkələrdən gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə dəfələrlə artıb. Bütün bunlar Naxçıvanda elektron və sosial medianın hərtərəfli inkişafının təzahürüdür. Muxtar respublikada mediaya yeni yanaşma və onun dövrün çağırışlarına cavab verməsi ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən mətbuata qayğı siyasətində varisliyin təmin olunmasının göstəricisidir.

Sahil Tahirli yeni çapdan çıxmış “Yaratmaq amalı” adlı kitabının ilk nüsxəsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim edib.

Ali Məclisin Sədri Mətanət Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi” və Sahil Tahirlinin “Yaratmaq amalı” kitablarının Naxçıvan Dövlət Universitetinin jurnalistika ixtisasında dərs vəsaiti kimi tədris olunmasını tövsiyə edib.

“Şərq qapısı” qəzetinin baş redaktor müavini Mətanət Məmmədova deyib: “Naxçıvanda mətbuatın bugünkü inkişafı Ali Məclis Sədrinin mətbuata diqqət və qayğısı sayəsində mümkün olub. Bu, mətbuatın inkişafının bir tərəfidir. Mətbuatın bugünkü inkişafının digər tərəfi isə Ali Məclis Sədrinin ümumilikdə muxtar respublikamızın inkişafına diqqət və qayğısı, əzmkarlığı sayəsində mümkün olub. Çünki bu gün Naxçıvanın ən ucqar kəndlərindən tutmuş müasirləşən şəhərlərinədək hər bir yeri qurulub-yaradılanlar, abadlaşdırılanlar ilə jurnalistlərə yeni-yeni yazılar üçün mövzu verir. Naxçıvan artıq 30 ilə yaxındır ki, blokada şəraitində inkişaf və tərəqqi edir”.

Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin üzvü Qahirə Hüseynova deyib: “Muxtar respublikamızda mətbuat, kütləvi informasiya vasitələri yeni inkişaf mərhələsini yaşayırlar. Ali Məclis Sədrinin jurnalistlərlə keçirdiyi görüşlər, milli mətbuatımızın yubileylərinə həsr olunan tədbirlər də bu diqqət və qayğının bariz nümunəsidir. Bugünkü görüşün əhəmiyyəti həmçinin onunla bağlıdır ki, ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı gününün ildönümünə təsadüf edir. Ulu Öndər Naxçıvana qayıtdığı gündən mətbuat nümayəndələri ilə görüşlərə hər zaman böyük önəm verib. O zaman Naxçıvan dünya mətbuatının diqqətində idi. Eyni zamanda, Ali Məclisin Sədri də yaradıcı ziyalılara, jurnalist əməyinə yüksək qiymət verir. Bu, muxtar respublikada fəaliyyət göstərən media təmsilçiləri üçün çox qürurvericidir. Qürurverici olmaqla yanaşı, həmçinin biz jurnalistlərin məsuliyyətini də artırır. Bu diqqət və qayğıya görə öz adımdan və həmkarlarım adından dərin minnətdarlığımı bildirirəm”.

Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və kitabxanaçılıq” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva deyib: “2001-ci ildə Naxçıvan Dövlət Universitetində jurnalistika ixtisası açılıb, 2010-cu ildə jurnalist kadrların praktik cəhətdən hazırlanması üçün Media Mərkəzi yaradılıb. Media Mərkəzi ən son texniki avadanlıqlar, maddi-texniki baza ilə təchiz olunub. Jurnalistika ixtisasının müvafiq təşkilatlara hamiliyə verilməsi, gənc jurnalistlərin media orqanlarında işə cəlb olunması onların təcrübi cəhətdən hazırlanmasında mühüm addımdır. Təbii ki, Ali Məclis Sədrinin qayğısı ilə jurnalist kadr hazırlığı sahəsində görülən bu işlər dünyada nümunədir. Söz veririk ki, etimadı doğrultmaq üçün daha səy və məsuliyyətlə çalışacağıq”.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyev deyib: Bu gün muxtar respublikada bütün sahələrlə yanaşı, mətbuat da sürətlə inkişaf edir. Blokada vəziyyətində əldə edilən hər bir nailiyyət daha çətin başa gəlir, daha çox çalışmaq, daha çox fədakarlıq etməyi tələb edir. Məhz çəkilən böyük zəhmət hesabına muxtar respublikamız bugünkü inkişafa nail olub. İnkişaf edən sahələrdən biri da mətbuatdır. Bu gün muxtar respublikanın media qurumlarının maddi-texniki təchizatı ən müasir səviyyədədir. Naxçıvanda Ali Məclis Sədrinin qayğısı ilə müasir dövrün çağırışlarına cavab verən jurnalistlər formalaşıb. Günün nəbzini tutmaq, operativlik, dəqiqlik jurnalistlərin əsas fəaliyyət istiqamətidir”.

“Şərq qapısı” qəzetinin məsul katibi, təcrübəli jurnalist Muxtar Məmmədov deyib: “Naxçıvan mətbuatında ən böyük qayğını görənlərdən biri də mənəm. 2011-ci ildə “Şərq qapısı” qəzetinin 90 illik yubiley mərasimi keçirilərkən mənə mənzil hədiyyə etmisiniz. Bu, o vaxt idi ki, ölkə Prezidentinin Azərbaycan mətbuatında çalışan jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Sərəncamına əsasən Bakı şəhərində 5 mərtəbəli binanın tikintisinə başlanılmışdı. Mən qürur duyuram ki, Prezidentin həmin Sərəncamından sonra ölkədə mənzillə ilk dəfə mən təmin olunmuşam. Bu gün iki gənc mətbuat işçisinə yeni mənzilin təqdim edilməsi həmin qayğının davamıdır”.

“Nuh yurdu” qəzetinin redaktoru Qafar Qərib muxtar respublikamızda mətbuata göstərilən yüksək diqqət və qayğıdan şəhər və rayon qəzetlərinə də pay düşdüyünü bildirib, qəzetlərin bütün texniki vasitələrlə - kompüter, printer, fotoaparat və səsyazma cihazı ilə təmin olunduğunu, yüksək poliqrafik keyfiyyətlə oxucuların görüşünə gəldiyini diqqətə çatdırıb.

Naxçıvan Dövlət Televiziyasının Xəbərlər redaksiyasının baş redaktoru Səməd Canbaxşıyev deyib: “1990-cı illərdə bu peşəni seçəndə fikirləşmirdik ki, mətbuatın 145 illiyinə bu qədər əhəmiyyətli hadisələrlə daxil olacağıq. Bu gün təəssüf ki, ölkə səviyyəsində jurnalistikanı hörmətdən salan qeyri-peşəkarlar vardır. Amma Naxçıvan jurnalistikası Ümummilli Liderin müəyyənləşdirdiyi prinsiplərə sadiq qalaraq fəaliyyət göstərir. Ən əsası dövlətçilik və milli dəyərlərin təbliği, görülən işlər bu gün tamaşaçılara, oxuculara çatdırılır, təbliğ olunur. Bu da Ali Məclis Sədrinin bütün sahələrə göstərdiyi qayğının, əldə olunan inkişafın bəhrəsidir. Naxçıvan jurnalistləri xoşbəxtdir ki, Sizinlə eyni dövrdə yaşayır və gördüyünüz işləri gələcək nəsillərə çatdırmaqla Naxçıvanın bugünkü salnaməsini yaradır”.

Ali Məclisin Sədri tədbirə yekun vuraraq deyib ki, həyata keçirilən tədbirlər muxtar respublikada informasiya blokadasını yarıb. Artıq muxtar respublikada baş verən hadisələr qısa müddətdə bütün dünyada yayılır. Dünyanın müxtəlif ölkələrində yaşayan ekspertlər, tədqiqatçılar Naxçıvanla bağlı məlumatlar əldə edirlər. Muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı bundan sonra da diqqətdə saxlanılacaqdır. Hər bir jurnalist isə öz qələmi ilə Vətəninə, xalqına xidmət etməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib