Naxçıvanda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş cüdo birinciliyi keçirilib
Bakı, 3 mart, AZƏRTAC
Naxçıvanda 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə respublika birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən yarışda 4 klubdan, ümumilikdə 91 yeniyetmə cüdoçu medal uğrunda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 10 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Mükafatçılara Naxçıvan Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib.