Naxçıvanda bu ilin 6 ayında 102 dövlət əmlakı özəlləşdirilib
Naxçıvan, 9 iyul, AZƏRTAC
Muxtar respublikada iqtisadi fəallığı gücləndirmək və yeni yanaşmalar tətbiq etməklə özəlləşdirmə prosedurlarının, hərraclar vasitəsilə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əmlakların, torpaqların, qeyri-yaşayış sahələrinin icarəyə verilməsinin və satışının elektronlaşdırılması bu sahədə şəffaflığın, operativliyin təmin olunması prioritet kimi müəyyən edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Biznes Mərkəzində keçirilən "Naxçıvan Muxtar Respublikasında şəffaf və rəqabətli hərrac" mövzusunda tədbirdə muxtar respublika iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.
Nazir müavini bildirib ki, 2024-cü ilin 6 ayı ərzində 102 dövlət əmlakının
özəlləşdirilməsi başa çatıb. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8 dəfə çox olub. Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 911,9 min manat təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 dəfə çoxdur.