Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub

Sosial qayğıya ehtiyacı olanlara mənzil və avtomobillər təqdim edilib

Naxçıvan, 15 iyun, AZƏRTAC

Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Ölkəmizin və xalqımızın bugünkü xoş və firavan həyatı ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə əsası qoyulan Milli Qurtuluşun bəhrələridir. Bu gün dahi şəxsiyyətin müəyyənləşdirdiyi yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir, Azərbaycan dünya birliyində öz layiqli yerini tutur, müstəqilliyini daha da möhkəmləndirir. İnsan amilinə verilən yüksək dəyər, ölkə vətəndaşlarının rahat yaşayışının təminatı ulu öndər Heydər Əliyev siyasi xəttinin əsasını təşkil edir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında qayğıya ehtiyacı olanların mənzil və avtomobillərlə təmin olunması da həyata keçirilən sosial siyasətin tərkib hissəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 15-də - Milli Qurtuluş Günündə Naxçıvan şəhərində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış 1 nəfərə mənzil, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 1 nəfərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda sağlamlıq imkanları məhdudlaşmış 3 nəfərə, eləcə də Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə “NAZ Lifan-330” markalı minik avtomobilləri təqdim edilib.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi gücləndirilir, onların cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Cari ildə müvafiq kateqoriyalı 189 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 111 şəxsə müalicə müəssisələrinə göndəriş verilib, 126 nəfər texniki reabilitasiya vasitələri, 139 nəfər protez-ortopedik məmulatlarla təmin edilib. Sosial qayğıya ehtiyacı olan 324 nəfərə evlərində, 7 nəfərə Ahıllar Evində sosial-məişət xidməti göstərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 6 ailəyə fərdi yaşayış evləri və mənzillər, 17 nəfərə minik avtomobilləri təqdim edilib. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən qayğıya görə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü, eləcə də mənzil və avtomobillərlə təmin olunmaları münasibətilə təbrik edərək deyib: 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının və dövlətinin həyatında dönüş tarixidir. Əgər Qurtuluş Günü olmasaydı, nə Azərbaycan olacaqdı, nə də ölkəmiz bugünkü inkişaf səviyyəsinə gəlib çata biləcəkdi. Ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə ölkəmizdə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan yenidən Azərbaycana qaytarıldı. Nəticədə sabitlik, inkişaf və tərəqqi təmin edildi, Azərbaycan inkişaf etmiş dövlətlər sırasında layiqli yerini tutdu.

Ali Məclisin Sədri deyib: Vətən qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş şəxslər dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir, onlara mənzil və avtomobillər təqdim edilir. Bütün bunlar Azərbaycanda Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin və ölkəmizin iqtisadi qüdrətinin nəticəsidir. Eyni zamanda dövlət və Vətən qarşısında xidməti olanlara göstərilən bu qayğı gənclərimiz üçün də nümunədir.

Ali Məclisin Sədri mənzil və avtomobillə təmin olunanlara təşəkkürünü bildirib, mənzilin orderini və avtomobillərin açarlarını təqdim edib.

Avtomobillə təmin olunan Namiq Kərimov deyib ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin sosial rifahı, məişət şəraiti günbəgün yaxşılaşır. Biz bunu həyatın bütün sahələrində görür, hərtərəfli diqqət və qayğını daim üzərimizdə hiss edirik. Bütün bu işlər ümummilli liderimiz Heydər Əliyev siyasətinin uğurlu nəticələridir. Namiq Kərimov Milli Qurtuluş Günündə avtomobillə təmin olunduğu üçün qürur və sevinc hissləri keçirdiyini bildirib, ailə üzvləri adından minnətdarlıq edib.

Avtomobillə təmin olunan Musa Hətəmov deyib: “Muxtar respublikamızda Vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən qayğı insan amilinə verilən dəyərin təzahürü, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin davamıdır. Biz şahidiyik ki, ulu öndər Heydər Əliyev ən çətin məqamda Naxçıvana sahib çıxdı, onu düşmənin hücumlarından qorudu və inkişaf yoluna yönəltdi. Bu gün bu yol Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada uğurla davam etdirilir və Naxçıvan günbəgün inkişaf edir. İnsanların güzəranı hər gün daha da yaxşılaşır. Göstərilən diqqət və qayğının növbəti nümunəsi olan və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə ikinci qayıdışının 27-ci ildönümündə keçirilən bu tədbir də bizim üçün ikiqat sevinc, ikiqat bayramdır”. Musa Hətəmov ailə üzvləri və tədbir iştirakçıları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

Naxçıvan şəhərində yerləşən 3 otaqlı mənzil tam təmir olunub, lazımi kommunal-məişət şəraiti yaradılıb. Mənzillə təmin olunan ailəyə xalça hədiyyə olunub.

Heydər Əliyev Muzeyindəki rəsm əsərlərindən
və xalçalardan ibarət sərgi açılıb

Milli Qurtuluşdan ötən dövrdə Azərbaycan yüksək inkişaf yolu keçib, bütün sahələrdə böyük uğurlar qazanılıb. “Bütün həyatımı təhlil edəndə görürəm ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”, - deyən ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqət digər sahələr kimi, mədəniyyətimizin, rəssamlıq sənətinin də inkişafına səbəb olub. Bu gün yaradıcı insanlar, rəssamlar da ulu öndər Heydər Əliyevə sevgi və ehtiramlarını öz əsərlərində yaşadırlar.

İyunun 15-də Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev Muzeyinin qarşısında muzeyin fondunda saxlanan rəsm əsərlərinin və xalçaların sərgisi açılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərgiyə baxıb.

Bildirilib ki, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin siyasi irsini, həyatını və ömür yolunu əks etdirən dəyərli eksponatlar saxlanılır. Muzeyin fondunda Ümummilli Liderlə bağlı tarixi sənədlərlə yanaşı, həm də Ona həsr olunmuş rəsm əsərləri, portret və xalçalar da mühafizə edilir.

Sərgidə Heydər Əliyev Muzeyinin fondunda mühafizə olunan 20 portret və 3 xalça nümayiş etdirilir. Ulu Öndərə həsr olunmuş portretlər yağlı boya ilə kətan, sulu boya ilə kağız, parça üzərində quaş və qarışıq texnika ilə işlənib. Sərgidə rəssamlardan Səyyad Bayramovun, Əli Səfərovun, Cavid İsmayılovun, İlham Mirzəyevin, Firudin Quliyevin, Şamil Mustafayevin Ulu Öndərə həsr edilən “Heydər Əliyev”, “Ömür yollarında”, “Mənalı ömür”, “Prezident Heydər Əliyev”, “Şərqin günəşi”, “Ümummilli lider Heydər Əliyev” rəsm əsərləri, Ulu Öndərin rəngli qaşlarla və muncuqla işlənmiş portretləri, həmçinin “Nəvə”, “Qayıdışın mübarək”, “Nurlu gələcək” adlı xalçalar yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilir.

Sərgi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri deyib: Ölkəmizdə Ümummilli Liderimizə həsr olunmuş minlərlə rəsm əsəri, portret vardır. Bu da Vətəninə, xalqına, dövlətinə ləyaqətlə xidmət edən dahi şəxsiyyətə olan xalq sevgisinin nəticəsidir. Ümummilli liderimiz Heydər Əliyevin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir. Çünki Ulu Öndər Azərbaycan dövlətinin qurucusudur. Bu gün də Azərbaycan Ulu Öndərin yolu ilə gedərək inkişaf edir. Ölkəmizin gələcək inkişafı da dahi şəxsiyyətin ideyalarının davamındadır. Ümummilli Liderin özünün də dediyi kimi, “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam”.

“15 İyun - Milli Qurtuluş Günü sadəcə rəhbərin hakimiyyətə gəldiyi gün deyil. 1993-cü il iyunun 15-də Azərbaycan dövlətinin həyatında dönüş və qurtuluş tarixinin əsası qoyulub. Milli Qurtuluşa Azərbaycan xalqının görkəmli şəxsiyyəti Heydər Əliyevin və vətənpərvər insanların zəhməti hesabına nail olunub. Milli Qurtuluş Günü Azərbaycan dövlətini parçalanmaq və məhv olmaqdan xilas etdi”, - deyən Ali Məclisin Sədri Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb, sərgilərin davam etdirilməsi barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib