Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb
Naxçıvan, 18 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında 2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iyulun 14-18-də təşkil olunan test imtahanlarında muxtar respublika üzrə ümumilikdə 1021 namizəd iştirak edib.
Müsabiqənin növbəti mərhələsi barədə məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Müxbir - Nail Əsgərov