Naxçıvanda özəlləşdirmədən daxilolmalar 1 milyon manat təşkil edib
Naxçıvan, 17 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasında 62 dövlət əmlakı özəlləşdirilib, özəlləşdirmədən daxilolmalar 1 milyon manat təşkil edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, həmin dövrdə 411 dövlət müəssisə və təşkilatından illik xüsusi hesabat formaları alınaraq təhlil olunub, sistemdə olmayan 230 daşınmaz dövlət əmlakına dair məlumatlar Milli Avtomatlaşdırılmış Əmlak Sisteminə yeni daxil edilib. Dövlət əmlakının registrindən 100 çıxarış verilib.
Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən 2025-ci ilin 8 ayı ərzində 1,5 milyon manat xidmət haqqı yığılıb. Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə xidmət haqqı 118,4 min manat və ya 8,2 faiz çox olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:48]
Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi
- 10.06.2026 [13:48]
Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb
- 10.06.2026 [13:42]
Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib
- 10.06.2026 [13:32]
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
- 10.06.2026 [12:01]
Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü
- 10.06.2026 [11:54]
Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO
- 10.06.2026 [11:30]