Naxçıvanda polis işə düzəltmək adı ilə dələduzluq edən şəxsi saxlayıb
Naxçıvan, 9 iyul, AZƏRTAC
Naxçıvanda polis işə düzəltmək adı ilə dələduzluq edən şəxsi saxlayıb.
Muxtar respublikanın Daxili İşlər Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin külli miqdarda pul vəsaitini mənimsəyən Naxçıvan şəhər sakini Bəxtiyar Quliyev müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
B.Quliyevin əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə "102” Zəng Mərkəzinə və ya Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ( +036 545-08-03, 545-28-96) telefon nömrələrinə məlumat vermələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:05]
Balakəndə möhtəşəm konsert proqramı VİDEO
- 12.06.2026 [20:22]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [19:16]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [17:54]
Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
- 12.06.2026 [17:38]