Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirdiyi güzəştli kreditlərin məbləği 6,5 dəfə artıb
Naxçıvan, 30 aprel, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihələrin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə, maliyyələşdirilmiş güzəştli kreditlərin məbləği isə 6,5 dəfə artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov Sahibkarlar Gününə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik - Naxçıvanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda deyib.
Nazir müavini qeyd edib ki, fondun güzəştli vəsaitlərinin əhəmiyyətli hissəsi regionların inkişafına xidmət edən layihələrə yönəldilib. Bu layihələr hesabına 63 yeni iş yerinin açılması imkanı yaranıb. Maliyyələşdirilmiş güzəştli kreditlərin 12 faizi Naxçıvan şəhərinin, 88 faizi isə regionların payına düşüb.
“Fondun ehtiyatları hesabına sahibkarlıq subyektlərinə müəyyən edilmiş prioritet istiqamətlər üzrə 2025-ci il ərzində 25 milyon manatadək maliyyələşdirilmə hədəflənib”, - deyə Abbas İsmayılov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [21:23]
MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır
- 08.08.2026 [16:51]
Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb
- 08.08.2026 [11:33]
Naxçıvanda avqust ayının pensiyaları ödənilib
- 08.08.2026 [10:01]
Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi
- 08.08.2026 [01:01]
İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb
- 07.08.2026 [21:42]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:24]
Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]