Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 37 faiz artıb
Naxçıvan, 22 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-iyun ayları ərzində ümumilikdə 4390 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bunlardan 1602-si daşınmaz əmlakın texniki pasportu, 2788-i isə torpaq sahəsinin planı və ölçüsüdür.
Hesabat dövründə 414 torpaq sahəsi, 86 mənzil, 60 qeyri-yaşayış binası, 52 fərdi yaşayış evi və 43 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 655 daşınmaz əmlak obyektinə yeni ünvan verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,3 faiz çoxdur.
Müxbir - Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:14]
"Xocalı Ensiklopediyası"nın təqdimatı olub
- 07.08.2026 [18:05]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:28]