Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Qars müqaviləsinin 100 illiyi münasibətilə tədbir keçirilib

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində bir əsrlik tarixi boyunca mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsinin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, dahi Liderə, qurucu babalarımıza və bütün şəhidlərimizə hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri açıq elan edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qeyd edib ki, bu gün Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının tərkibində muxtariyyət statusuna beynəlxalq səviyyədə təminat verən Qars müqaviləsinin 100 ili tamam olur. Qars müqaviləsi beynəlxalq tarixi, siyasi və hüquqi sənəd olması baxımından bu gün də Naxçıvan Muxtar Respublikası və naxçıvanlılar üçün böyük əhəmiyyət daşımaqdadır. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, nəzərdə tutulan Tədbirlər Planında Azərbaycan Respublikası və Naxçıvan üçün bu taleyüklü müqavilənin tarixi əhəmiyyəti geniş şəkildə öz əksini tapmışdır. Əslində, bu Sərəncam muxtar respublika rəhbərliyi tərəfindən sözügedən müqavilənin hüquqi siyasi əhəmiyyətinə verilən qiymətdir.

Sənədin tarixi əhəmiyyətindən danışan Bəxtiyar Əsgərov bildirib ki, bu Sərəncam həm də Naxçıvanın zəngin dövlətçilik tarixinin, muxtariyyətin baniləri olan görkəmli tarixi şəxsiyyətlərin, dövlət xadimlərinin, ümummilli liderimiz Heydər Əliyevin muxtariyyətin qorunmasındakı müstəsna xidmətlərinin öyrənilməsi və təbliği baxımından mühüm və böyük tarixi-siyasi əhəmiyyət kəsb edir. Sərəncamda bildirilir: 1921-ci il oktyabrın 13-də Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunvericilik orqanlarında təsdiq edilmiş və həmin ilin sentyabrın 11-dən qüvvəyə minmişdir. Naxçıvan əhalisinin və ziyalılarının inadkar mübarizəsi, o cümlədən görkəmli diplomat Behbud Ağa Şahtaxtinskinin dönməz, prinsipial mövqeyi, qardaş Türkiyə dövlətinin məsələyə ədalətli yanaşması nəticəsində bu müqavilə Naxçıvanın ərazisini və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit edib. 20 maddə və 3 əlavədən ibarət olmaqla müddətsiz imzalanan müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Həmin maddəyə əsasən, tərəflər Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəliblər”.

Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyev bununla əlaqədar demişdir ki, Azərbaycanın ovaxtkı hökuməti çox ciddi mövqe göstərərək həmin Qars müqaviləsində Naxçıvanın statusunu müəyyən etmiş və Naxçıvana muxtariyyət verilməsi haqqında qərar qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyevin Qars müqaviləsinin əhəmiyyəti ilə bağlı fikirlərinə gəldikdə, Ulu Öndər bunu dəfələrlə qeyd etmiş, Naxçıvanın ərazi bütövlüyünü və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir".

Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martında Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü ilin iyununda Naxçıvan diyarı, 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-də isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.

Ölkəmizin tarixində Qars müqaviləsinin yeri və tarixi əhəmiyyətindən bəhs edən daimi nümayəndəliyin rəhbəri deyib: “1920-ci ildə Zəngəzurun itirilməsi ilə Naxçıvan diyarının Azərbaycanla quru yol ilə əlaqəsi kəsilmiş, bundan istifadə edən Ermənistan isə Naxçıvanı da tutmağa, Ermənistana birləşdirməyə səy göstərmişdir. Böyük dövlətlərin hər cür yardımından istifadə edən Ermənistan hərbi təcavüzdən belə çəkinməmiş, Naxçıvan ərazisinə hərbi basqınlar etmiş, soyqırımlar törətmiş, şəhər və kəndləri yandırmış, dağıtmışdır. Yerli ziyalıların və əhalinin qəhrəmanlığı, qardaş Türkiyə hökumətinin ədalətli mövqeyi və köməkliyi sayəsində ərazi qorunub saxlanılmışdır. Bu dəfə yeni bir yolla Naxçıvanı Azərbaycanın tərkibindən çıxarmağı hədəfləyən qüvvələrə burada keçirilən səsvermə sillə effekti verən əsl cavab olmuşdur. Belə ki, 1921-ci ilin yanvarında Naxçıvanda keçirilən referendumun burada yaşayan əhalinin 90 faizdən çoxunun səsverməsi ilə Naxçıvan diyarının Azərbaycanın tərkibində qalması ilə bağlı nəticəsi və Türkiyə ilə Rusiya arasında imzalanan məlum Moskva müqaviləsi məsələni ədalətli həll etmişdir. Moskva beynəlxalq müqaviləsinə görə, Naxçıvana Azərbaycanın himayəsində muxtariyyət statusu verilmiş və Azərbaycan heç bir halda onu üçüncü dövlətə verməməlidir. Bundan təqribən 7 ay sonra - 1921-ci il oktyabrın 13-də Qarsda Türkiyə ilə Cənubi Qafqaz respublikaları - Azərbaycan, Gürcüstan və Ermənistan arasında Rusiyanın nümayəndəsinin iştirakı ilə beynəlxalq Qars müqaviləsi imzalandı. 1921-ci il 26 sentyabr-13 oktyabr tarixlərində keçirilmiş Qars konfransında Türkiyənin Cənubi Qafqaz respublikaları ilə ərazilərinin dəqiqləşdirilməsi ilə yanaşı, Naxçıvan vilayətinin statusu məsələsi də müzakirə olundu. Adətən Qars müqaviləsi ilə təsdiq edilmiş Naxçıvanın muxtariyyət statusu Moskva müqaviləsindəki 3 məsələdən bir qədər fərqlidir. Müqavilədə yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin V maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi - bunlar bayaq qeyd etdiyimiz kimi, Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdu. Müqavilənin bu maddəsində açıq göstərilirdi ki, Türkiyə hökuməti, Azərbaycan və Ermənistan sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər. Naxçıvan bölgəsinin ərazisi isə müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində müəyyən edilirdi: “Naxçıvan ərazisi Urmiya kəndindən başlayıb, oradan düz xətt ilə Arazdəyən stansiyasına (bu stansiya Ermənistan SSR-ə qalacaq), sonra düz xətt ilə Daşburun dağının (3142) qərbinə, oradan Daşburun dağının suayırıcını (4108), Cəhənnəmdərəsi çayını, Bağırsaq dağının suayırıcını (6607 və ya 6587) keçərək, "Rod" (Bulaq) yazısının cənubundan keçmiş İrəvan və Şərur-Dərələyəz qəzasının inzibati sərhədləri ilə gedərək, 6629 yüksəkliyindən Kömürlüdağa (6839 və ya 6930), oradan 3080 yüksəkliyinə, Sayatdağa (7868), Qurdqulaq kəndinə, Həməsür dağına (8160), 8022 yüksəkliyinə, Küküdağa (10282) və nəhayət keçmiş Naxçıvan qəzasının şərqi inzibati sərhədində qurtarır”.

Həmin müqaviləni imzalayan Türkiyə, Azərbaycan və Ermənistan Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsinə razı olmuş və müqaviləni imzalamışlar. Qars beynəlxalq müqaviləsi ilə Türkiyə və Cənubi Qafqaz respublikaları Moskva müqaviləsini qəbul etmiş, Rusiya da Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanımış və beləliklə, sözügedən ölkələr ona beynəlxalq hüquqi təminat vermişlər”.

Bəxtiyar Əsgərov bildirib ki, hələ ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən, Naxçıvana qarşı ermənilərin iddialarının daha da artdığı bir vaxtda bir neçə dəfə Türkiyə Cümhuriyyətinə rəsmi və işgüzar səfər etmiş, Türkiyənin ovaxtkı Prezidenti Turqut Özalla və Baş nazir Süleyman Dəmirəllə məhsuldar danışıqlar aparmış, Qars müqaviləsini gündəmə gətirmiş, bu barədə yeni protokollar imzalamışdır. Görüşlər zamanı Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyində Qars müqaviləsinin rolu geniş şəkildə müzakirə edilmişdir. Qeyd etmək lazımdır ki, məhz Ulu Öndərin Naxçıvan Ali Məclisinin Sədri olduğu vaxtda blokada vəziyyətində yaşayan muxtar respublikanın yeganə ümid yeri olan qardaş Türkiyə ilə iqtisadi və mədəni əlaqələrinin artmasına xüsusi diqqət yetirilmiş, 1992-ci il mayın 28-də Türkiyə ilə Naxçıvan arasında “Ümid” körpüsü açılmışdır. Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətdə olduğu dönəmdə də qardaş Türkiyə ilə əlaqələrin artmasına, əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət vermiş, bir sıra sənədlər imzalanmışdır. Türkiyə Cümhuriyyəti ilə dostluq və qardaşlıq münasibətlərinin əsl rəmzi sayılan “Bir millət, iki dövlət” məşhur ifadəsinin müəllifi kimi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu fəaliyyət istiqamətləri bu gün də ölkə rəhbəri Prezident cənab İlham Əliyev tərəfindən çox yüksək səviyyədə, uğurla davam və inkişaf etdirilir.

Qars müqaviləsinin ləğv edilməsinə yönəlmiş yüzillik “mübarizə”nin heç bir nəticə vermədiyini və verməyəcəyini deyən Bəxtiyar Əsgərov bildirib ki, əksinə, 100 il sonra məhz Ali Baş Komandan Prezident İlham Əliyev 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsində Azərbaycanın Qars müqaviləsinə sadiqliyini təsdiq etməklə Qafqazda və dünyada ədalətli lider dövlətin, regionda sülhün və sabitliyin əsas etibarlı qarantının məhz Türkiyə olduğunu bir daha vurğulamış, nümayiş etdirmiş oldu. Tarixi Qars müqaviləsinin hüquqi varisi kimi 100 il sonra imzalanan Şuşa Bəyannaməsi nəinki Azərbaycan-Türkiyə birliyini, qardaşlığını, əməkdaşlığını daha da möhkəmləndirəcək, hətta iki ölkənin birgə müdafiə olunmasını, bir-birini qorumasını və hərtərəfli dəstəkləməsini təmin edəcək. Şuşa Bəyannaməsi 100 il əvvəl - 1921-ci il 13 oktyabrda imzalanmış Qars müqaviləsindən sonra Türkiyənin Azərbaycana qardaş dəstəyini ən güclü formada nümayiş etdirən yeni rəsmi sənəd kimi tarixə düşdü. Qars müqaviləsinə istinad edilən bu Bəyannamə öz formatına görə ondan daha əhatəli tarixi sənəddir. Bu sənəddə Zəngəzur dəhlizinin açılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi, iqtisadiyyat, təhsil, müasir texnologiyalar üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi, Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi, iki ölkənin silahlı qüvvələrinin fəaliyyət qabiliyyətinin birlikdə artırılması və digər tədbirlər nəzərdə tutulur. Bəyannamə Ermənistanın Azərbaycan torpaqlarına qarşı irəli sürdüyü iddialara da son qoyur. Sənəddə qeyd edilir ki, tərəflərdən hər hansı birinin ərazi bütövlüyünə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edilərsə, onun aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçiriləcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstəriləcək. İki qardaş ölkə liderlərinin - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də imzaladığı, tarixi Qars müqaviləsinin davamı kimi bilinən Şuşa Bəyannaməsinin Azərbaycanın ərazi bütövlüyünün qarantı olaraq çıxış edəcəyinə, bu tarixi sənədin ölkəmizin regional və beynəlxalq rolunun və çəkisinin daha da artırılmasında mühüm əhəmiyyət daşıyacağına hər iki qardaş ölkə tərəfindən əminlik ifadə olunub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır”.

Bəxtiyar Əsgərov qeyd edib ki, Qars müqaviləsi Naxçıvan Muxtar Respublikasının beynəlxalq hüquqla təsbit olunmuş toxunulmazlığının əsasıdır. Bu müqavilə ilə Naxçıvan Muxtar Respublikasının ərazisi təsdiq olunmuş və beynəlxalq hüquqla qorunmaqdadır. Ermənistan Respublikasının Naxçıvana qarşı iddialarının heç bir hüquqi əsası yoxdur və bu iddialar beynəlxalq hüquq normalarına tamamilə ziddir. Həm Moskva, həm də Qars müqavilələri bundan sonra da öz hüquqi qüvvəsini saxlayacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi, Qars müqaviləsi dünən olduğu kimi, bu gün də, gələcəkdə də Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir.

“Naxçıvanın muxtar respublika statusu onun tarixi taleyində, ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olub. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini verib. Ötən il 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi tarixi Qələbə və bu qələbənin nəticəsi Naxçıvan Muxtar Respublikasının önəmini bir daha ortaya çıxardı. Azərbaycanın öz tarixi ərazisi olan Naxçıvanla quru yolunun açılması ilə bağlı əldə edilmiş razılaşma bu diyarın yaxın gələcəkdə dünyanın aparıcı logistika mərkəzlərindən birinə çevriləcəyindən xəbər verir. Zəngəzur dəhlizinin açılması faktiki olaraq, Azərbaycanla həm Türkiyə, həm Rusiya, həm də İran arasında iqtisadi əlaqələrin inkişafına ciddi təkan verəcək. Azərbaycan iqtisadiyyatının dayanıqlılığı nöqteyi-nəzərindən Naxçıvanla birbaşa əlaqənin təmin olunması, dəhlizin açılması milli iqtisadiyyatımızda investisiyaların xüsusi çəkisinin artımına səbəb olacaqdır. Bir sözlə, nəqliyyat kommunikasiya əlaqələrinin möhkəmləndirilməsi, tranzit bölgəyə çevrilməsi, bölgənin beynəlxalq siyasətdə və iqtisadiyyatda güc qazanması baxımından Zəngəzur dəhlizinin açılması böyük nailiyyətdir. Naxçıvan Muxtar Respublikası regionda mühüm geosiyasi əhəmiyyətə malik olmaqla yanaşı, bu gün həm də region üçün iqtisadi, ticarət, nəqliyyat, turizm kimi mühüm sahələrdə də rol oynamaqdadır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Avropa və Asiyanın iqtisadi inteqrasiyasına xidmət edəcək böyük layihələrin nəqliyyat dəhlizinə və əməkdaşlıq körpüsünə çevrilməsi dünyanın həmişə diqqət mərkəzində olan bu regionun sülh və əmin-amanlıq şəraitində, firavan yaşaması üçün yeni bir parlaq səhifə açmış olacaq”, - deyə Bəxtiyar Əsgərov əlavə edib.

Sonda daimi nümayəndəliyin rəhbəri Qars müqaviləsinin 100 illiyi münasibətilə bir daha nümayəndəliyin kollektivini təbrik edib və ümummilli liderimiz Heydər Əliyevin söylədiyi bir fikirlə çıxışını tamamlayıb: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Tədbir digər çıxışlarla davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib