Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, daimi nümayəndəliyin kollektivi müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə güllər qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı önünə tər güllər düzülüb, əziz xatirəsi ehtiramla anılıb.
Fotoqraf - Aydın Məmmədov