Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

Naxçıvan, 4 iyul (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli sərəncamı ilə təsdiq olunmuş Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə dair Tədbirlər Palanına əsasən iyulun 4-də “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda beynəlxalq konfransın açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə konfrans iştirakçıları Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Nuhun yurdu Naxçıvan” sənədli filminə baxmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın 90 illiyi münasibəti ilə beynəlxalq konfransın öz işinə başladığını bildirərək demişdir: Konfransda Azərbaycanın görkəmli alim və tədqiqatçılarının, Türkiyə Respublikasından, Rusiya Federasiyasından və Amerika Birləşmiş Ştatlarından elmi tədqiqat və ali təhsil nümayəndələrinin, mütəxəssislərin iştirakı deməyə əsas verir ki, elmi forum səmərəli keçəcəkdir. 2014-cü il Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 14 yanvar tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi Azərbaycanda və ondan kənarda geniş şəkildə qeyd edilir. Yubiley münasibətilə Bakıda və Naxçıvan şəhərində, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, Polşa Respublikasının Krakov şəhərində tədbirlər keçirilmiş, dünyanın aparıcı mətbuat orqanlarında Naxçıvana həsr olunmuş məqalələr dərc edilmiş, muxtar respublikanın inkişafının son 90 ilini əhatə edən elmi tədqiqat materialları və kitablar çap olunmuşdur.

Ali Məclisin Sədri bu tədbirlərin davamı kimi “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda keçirilən beynəlxalq konfransa da mühüm əhəmiyyət verildiyini bildirmiş, tədbirin öz işinə başlaması münasibətilə təbriklərini çatdırmış, iştirakçıları və qonaqları salamlamışdır.

Qeyd olunmuşdur ki, Azərbaycanın Naxçıvan bölgəsi qədim tarixə malikdir. Tale bu torpaqdan öz səxavətini əsirgəməmişdir. Əlverişli təbii-coğrafi şəraitə malik olan Naxçıvanda ən qədim zamanlardan məskunlaşan əcdadlarımız burada tükənməz mədəniyyət nümunələri yaratmışlar. Naxçıvan antik, orta əsrlər və müasir dövr milli mədəniyyət nümunələri və tarixi abidələrlə, ilk insan düşərgələri, erkən şəhər mədəniyyəti, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş qoç heykəlləri, xatirə memarlığının mükəmməl nümunələri olan türbələrlə zəngindir. Bu ərazidə, həmçinin Ovçular təpəsi və Qazma mağarası kimi qədim yaşayış yerləri, Əshabi-Kəhf və Gəmiqaya kimi möhtəşəm mədəniyyət nümunələri və beş min il bundan əvvələ aid edilən Naxçıvan şəhər mədəniyyəti yaradılmışdır. Bu ərazidə təkcə zəngin mədəni dəyərlərin yox, eyni zamanda, böyük dövlətçilik ənənələrinin də əsası qoyulmuş, onuncu əsrdə “Naxçıvan şahlığı”, on ikinci əsrdə isə Atabəylər dövləti yaranmışdır. On səkkizinci əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına mühüm töhfələr vermişdir. İyirminci əsrin əvvəllərində 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmlənməsində və tarixi ərazisinin qorunmasında taleyüklü xidmətlər göstərmişdir.

Ali Məclisin Sədri demişdir: Bu diyarın ən qiymətli sərvətlərindən biri də dövlətçilik ənənələrinin davamı olaraq formalaşan Naxçıvanın muxtariyyətidir. Naxçıvan Muxtar Respublikası milli mənsubiyyətə görə yox, 1918-1924-cü illərdə cərəyan edən daxili və xarici amillərin təsiri altında yaranmışdır. 1920-ci il dekabrın 2-də Rusiya və Ermənistan arasında bağlanmış hərbi-siyasi sazişə görə qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini həlli vacib olan məsələlər sırasına çəkmişdir. Ümummilli liderimiz Heydər Əliyev bu dövrdə yaranmış siyasi vəziyyəti nəzərdə tutaraq demişdir: “Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etmişdir”. Bu zərurət ilk növbədə Azərbaycana məxsus ərazinin qorunması vacibliyindən irəli gəlirdi. Zəngəzur Ermənistana veriləndən sonra Naxçıvan Azərbaycanın digər ərazilərindən təcrid olunmuş və burada gərgin vəziyyət yaranmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin düşdüyü vəziyyətdən istifadə edən böyük dövlətlər İrəvan və Zəngəzur kimi Naxçıvanı da ermənilərə güzəştə getmək, Türkiyə ilə Azərbaycan arasında əlaqəni kəsmək istəyirdilər. Erməni silahlıları ərazini azərbaycanlılardan təmizləmək üçün ən qəddar vasitələrə əl atır, soyqırımı törədir, torpaqların boşaldılmasına çalışırdılar. Buna baxmayaraq nə böyük dövlətlərin təzyiqi, nə də erməni hərbi müdaxiləsi naxçıvanlıların iradəsini sındıra bilmədi. Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyli 1919-cu il avqustun 18-də parlamentdəki çıxışında erməni istilaçılarına qarşı Naxçıvanda aparılan müqavimət hərəkatı barədə demişdir: “Naxçıvan öz qüvvəsi ilə istilaçıları devirərək Azərbaycan ilə birləşməyə hazır olduğunu bildirmişdir”.

Bu fikirlərdə böyük həqiqət vardır. Naxçıvana muxtariyyət verilməsi tələbini irəli sürən Naxçıvan ziyalıları bununla bir tərəfdən Naxçıvanı erməni işğalından qorumaq istəyirdilərsə, digər tərəfdən Azərbaycanla, ana Vətənlə bir olmaq istəyirdilər. Bunun üçün Azərbaycandan ayrı salınmış regionda vahid idarəçiliyin həyata keçirilməsi, pərakəndəliyin aradan qaldırılması məqsədilə Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi ən düzgün qərar idi. Lakin qabaqcıl ictimai düşüncənin məhsulu olan bu qərar böyük dövlətlər tərəfindən ciddi müqavimətlə qarşılanırdı. Bəs necə oldu ki, Naxçıvana muxtariyyət verildi? Sovet “tarixşünaslığı” uzun müddət Naxçıvana muxtariyyət verilməsində mərkəzi hökumətin rolunu qabartmışdır. Üstündən sükutla keçilən bir amil vardır ki, o da naxçıvanlıların muxtariyyət uğrunda inadlı mübarizəsidir. İndi arxiv materialları aydın şəkildə göstərir ki, Naxçıvana muxtariyyət verilməmişdir, əksinə naxçıvanlılar bu muxtariyyəti qazanmışdılar. Naxçıvanın muxtariyyəti ermənilərə qarşı silahlı mübarizə cəbhəsində qazanıldığı kimi, böyük dövlətlərin siyasi oyunlarına qarşı diplomatik mübarizə cəbhəsində də qazanılmışdır. Behbud ağa Şahtaxtinski Sovet Rusiyası rəhbərliyi ilə iş aparır və bolşevik Rusiyasının rəhbəri Vladimir Leninə “Naxçıvanın Ermənistana verilməsi xalqın özünütəyin prinsipini və Sovet Azərbaycanının hüquqlarını pozur”, - deyirdisə, Tiflisdəki Amerika generalı Haskelə Naxçıvanın, Şərur-Dərələyəzin və Vedibasarın Azərbaycanın ayrılmaz hissəsi olduğunu əsaslandıran Əli Səbri Qasımov “Naxçıvanın və digər regionların əhalisi bu ərazilərin erməni hökumətinə verilməsinə necə baxar?” sualına “Əldə silah ləyaqətli ölümü üstün tutaraq bu hökuməti var qüvvələri ilə rədd edərlər”- cavabını vermişdir.

Qeyd olunmuşdur ki, Naxçıvanın muxtariyyəti asanlıqla qazanılmayıb. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva və Qars müqavilələri imzalanmış, bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası təşkil olunmuşdur. Naxçıvanın muxtariyyət qazanmasında mühüm xidmətləri olan şəxslərdən biri də Nəriman Nərimanovdur. O, 1921-ci ilin mayında beşinci Azərbaycan sovetlər qurultayındakı çıxışında Moskva müqaviləsinə hökumətin münasibətini bildirərək demişdir: “Sovet Rusiyası və Türkiyə ilə müqaviləyə əsasən Naxçıvan Azərbaycanın protektoratlığı altında müstəqil respublika elan olundu. Orada bizim nümayəndəmiz olacaqdır və biz bütün münasibətlərdə Naxçıvana xidmət edəcəyik”.

Nəriman Nərimanov Azərbaycanda hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Naxçıvana erməni-bolşevik həmlələri intensiv xarakter almış, ulu öndər Heydər Əliyevin dediyi kimi: “Naxçıvanın hüquqlarını tam məhdudlaşdırmaq” xətti tutulmuş, Naxçıvanın tarixi torpaqları hesabına Ermənistan ərazisinin süni sürətdə artırılması siyasəti yeridilmişdir. Bununla bağlı Naxçıvanın hakimiyyət orqanlarına müxtəlif təzyiqlər göstərilmiş, təkcə 1925-ci ilin martında, “hakimiyyətdə olan xan-bəy elementlərinin fəaliyyətini araşdırmaq” pərdəsi altında bir gecədə 50 rəhbər işçi həbs edilmiş, onların əksəriyyəti repressiya olunmuşdur.

“Naxçıvanın ərazisi kimi, onun muxtariyyət statusu da zaman-zaman məkrli erməni həmlələrinə məruz qalmışdır”, - deyən Ali Məclisin Sədri bildirmişdir ki, 1990-cı ilin iyul ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Bu illərdə xalqımızın böyük oğlunun muxtar respublika Ali Məclisində xüsusi bəyanatla çıxış etməsi, Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür vermişdir.

Naxçıvanın muxtariyyətini möhkəmləndirən mühüm amillərdən biri də, şübhəsiz ki, ötən 90 il ərzində burada gedən sosial-iqtisadi inkişafdır. Bu gün ümummilli lider Heydər Əliyev tərəfindən başlanan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi yeniləşmə və quruculuq xətti muxtar respublikada həyatın bütün sahələrini əhatə etmişdir. Qarşıda dayanan əsas vəzifə blokada vəziyyəti ilə bağlı yaranan çətinliyi aradan qaldırmaq, əhalinin məşğulluğunu təmin etmək, yeni infrastruktur, emal və sənaye sahələri yaratmaq, sosial sahələrin - təhsilin, mədəniyyətin, səhiyyənin və elmin daha da inkişaf etməsinə nail olmaqdır.

Ali Məclisin Sədri beynəlxalq konfransın qeyd olunan istiqamətlərdə fəaliyyətə öz töhfəsini verəcəyinə inamını ifadə etmiş, iştirakçılara uğurlar və elmi hesabatlarının faydalı olmasını arzulamış, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” beynəlxalq konfransını açıq elan etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edərək demişdir ki, ölkəmizdə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi geniş qeyd olunur. Bu böyük tarixi yubiley tədbirləri Azərbaycanda milli dövlətçilik təfəkkürünün, ərazi bütövlüyü düşüncəsinin daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə xidmət edir. Naxçıvan dünya sivilizasiyasının əsas mərkəzlərindən biridir. Bu torpağın yetirdiyi görkəmli şəxsiyyətlər Azərbaycan ədəbiyyatının, mədəniyyətin, elmin, siyasi-ictimai fikrin inkişafında tarixən mühüm xidmətlər göstərmişlər. Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının, xüsusən Naxçıvan Bölməsinin alimlərinin apardıqları ardıcıl elmi axtarışlar Naxçıvanın tarixinin ən dərin qatlarının açılmasına zəmin yaratmışdır. Bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə, o cümlədən elmin inkişafı istiqamətində mühüm nailiyyətlər qazanılmışdır. Muxtar respublikanın 90 illiyinə həsr olunmuş elmi konfrans da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Elmi konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev bildirmişdir ki, dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri оlаn Nахçıvаndа ölkə və dünya alimlərinin iştirakı ilə “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda beynəlxalq konfransın keçirilməsi Azərbaycanın elmi həyatında mühüm hadisədir. Qeyd olunmuşdur ki, son illər Naxçıvanda elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, elmi kadrların hazırlanması diqqət mərkəzində saxlanılır. Artıq Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində və Naxçıvan Dövlət Universitetində dissertasiya şuraları fəaliyyət göstərir. Bu da yüksək ixtisaslı elmi kadrların hazırlanmasında mühüm əhəmiyyətə malikdir.

Konfransın plenar iclasında Rusiyadan gəlmiş tarix elmləri namizədi Oleq Kuznetsov “1921-ci il Moskva və Qars müqavilələrinə görə Naxçıvanın beynəlxalq hüquqi statusu”, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Nailə Vəlixanlı “Naxçıvana qarşı əsassız erməni iddiaları”, Türk Tarix Qurumunun üzvü, professor İbrahim Atnur “İmperializm əsarətindən muxtariyyətə”, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvanın muxtariyyət statusu və muxtar respublikanın yaradılması” mövzularında məruzələrlə çıxış etmişlər.

Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında Naxçıvan Muxtar Respublikasında elmin inkişaf etdirilməsi üzrə birgə əməkdaşlığa dair saziş imzalamışlar.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsindən bu il iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasına həqiqi və müxbir üzv seçilənlərə üzvlük diplomu və vəsiqələri təqdim olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə Ali Məclisin Sədrinə xatirə hədiyyəsi təqdim etmişlər.

Beynəlxalq konfransın plenar iclası “nakhchivan.az” internet saytında canlı yayımlanmışdır.

Həmin gün beynəlxalq elmi konfrans öz işini bölmə iclasları ilə davam etdirmişdir. İyulun 5-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində beynəlxalq konfransın yekun iclası olacaqdır. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO